CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı modellər 40 kiloqramlıq geyimdə

© © ADDIM Gənclər Təşkilatının mətbuat xidmətiNigar Qədirli və Kənan Mehdi
Nigar Qədirli və Kənan Mehdi  - Sputnik Azərbaycan
Abunə olmaq
Dizayner Güler Baysalın kolleksiyasını nümayiş etdirən modellər festivala "ADDIM" Gənclər Təşkilatının dəstəyi ilə qatılıblar

BAKI, 16 sentyabr — Sputnik. Azərbaycanlı modellər Nigar Qədirli və Kənan Mehdi Rusiyanın paytaxtı Moskvada keçirilən "Moscow International Fashion Fest"də podiuma çıxıblar.

Sputnik Azərbaycan xəbər verir ki türkiyəli dizayner Güler Baysalın kolleksiyasını nümayiş etdirən modellər festivala "ADDIM" Gənclər Təşkilatının dəstəyi ilə qatılıblar. Belə ki, "Miss&Mr National Azerbaijan" gözəllik yarışmasının onlayn səsverməsi zamanı qalib olan gənclər sözügedən festivalda iştirak şansı qazanıblar.

© © ADDIM Gənclər Təşkilatının mətbuat xidmətiTürkiyəli dizayner Güler Baysal
Türkiyəli dizayner Güler Baysal   - Sputnik Azərbaycan
1/3
Türkiyəli dizayner Güler Baysal
© © ADDIM Gənclər Təşkilatının mətbuat xidmətiNigar Qədirli
Nigar Qədirli - Sputnik Azərbaycan
2/3
Nigar Qədirli
© © ADDIM Gənclər Təşkilatının mətbuat xidməti Kənan Mehdi
Kənan Mehdi  - Sputnik Azərbaycan
3/3
Kənan Mehdi
1/3
Türkiyəli dizayner Güler Baysal
2/3
Nigar Qədirli
3/3
Kənan Mehdi

Diqqət çəkən məqamlardan biri də Nigar Qədirlinin təqdim etdiyi gəlinlik libası olub. Həm görünüşü, həm də çəkisi ilə maraq obyekti olan geyimin çəkisi 40 kiloqramdan çox olsa da, model xanım podiumda məharətlə addımlayıb.

Çıxışdan sonra müxtəlif ölkələrin nümayəndələri, moda biliciləri həmyerlilərimizlə tanış olub, xatirə fotosu çəkdiriblər.

Qeyd edək ki, sentyabrın 20-də final gecəsi keçiriləcək "Miss&Mr National Azerbaijan" müsabiqəsində iştirakçılar dizayner Güler Baysalın xüsusi olaraq hazırladığı çimərlik geyimlərini təqdim edəcəklər.

Xəbər lenti
0