Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Yana Batırşina: “Bakıdakı açılış mərasimini həyatım boyu unutmayacağam”

© Instagram / valeriykhlizov Yana Batırşina, arxiv şəkli
 Yana Batırşina, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bədii gimnastika üzrə dəfələrlə dünya çempionu və Bakıda keçirilən dünya çempionatının səfiri Yana Batırşina mundialın ilk günü ilə bağlı təəssüratlarını bölüşüb

BAKI, 17 sentyabr — Sputnik. Bakıda keçirilən bədii gimnastika üzrə dünya çempionatının açılış mərasimini həyatım boyu xatırlayacağam. Bunu Sputnik Azərbaycan-ın əməkdaşı ilə söhbətində dəfələrlə dünya çempionu, Olimpiya Oyunlarının mükafatçısı Yana Batırşina Bakıda keçirilən dünya birinciliyi uğrunda yarışla bağlı fikirlərini bölüşərkən deyib.

Bədii gimnastika üzrə 37-ci dünya çempionatının açılış mərasimi - Sputnik Azərbaycan
FOTO
Bədii gimnastika üzrə 37-ci dünya çempionatının açılış mərasimi

Bədii gimnastika üzrə dünya çempionatının rəsmi səfiri Yana Batırşina Beynəlxalq Gimnastika Federasiyasının rəhbəri Morinari Vatanabe və Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovla birlikdə mundialın açılış mərasimində iştirak edib.

"Mənim hisslərimi sözlə ifadə etmək mümkün deyil, çox həyəcanlıyam. Eyni zamanda çox xoşbəxtəm və minnətdaram ki, mənə belə bir imkanı yaradıblar. Tamaşaçılar məni çox isti qarşıladılar. Bu açılış mərasimini mən ömrüm boyu unutmayacağam və tez-tez xatırlayacağam" - deyə Batırşina öz hisslərini bölüşüb.

O qeyd edib ki, açılış mərasimi zamanı gimnastikanın müxtəlif növlərinin elementlərindən ibarət möhtəşəm bir tamaşa nümayiş etdirilib. Bununla yanaşı, açılış mərasimində azərbaycanlı müğənnilər - Emin Ağalarov, Tünzalə Ağayeva, Miri Yusif və başqaları çıxış ediblər.

"Mərasimə dövlətin yüksək vəzifəli şəxsləri də qatılmışdı. Bu isə belə böyük bir idman tədbirinin keçirilməsinin ölkə üçün nə qədər vacib olduğunu göstərir. Azərbaycan rəhbərliyinin mərasimdə iştirak etməsi və tədbirin sonuna qədər bütün iştirakçılara dəstək olması çox vacibdir" - deyə Bakı mundialının səfiri vurğulayıb.

Batırşina gimnastların çıxışı barədə də fikirlərini bölüşüb. Qeyd edək ki, yarışın ilk günündə Azərbaycan gimnastları Zöhrə Ağamirova və Veronika Qudis tapşırıqları halqa ilə yerinə yetiriblər.

"Təəssüf ki, Veronika səhv etdi, öz növbəsində Zöhrə də kiçik bir səhvə yol verdi. Nəticədə istədikləri qiyməti ala bilmədilər. Ancaq ümid edirəm həyəcanlarının öhdəsindən gələcək və daha uğurla çıxış edəcəklər. Xalçaya ilk çıxmaq ən çətinidir, ondan sonrası asan olur" - deyə Batırşina bildirib.

Nurlana Məmmədzadə - Sputnik Azərbaycan
Gimnastika Federasiyasının baş katibi dünya çempionatına hazırlıqlardan danışır

Onun fikrincə, təkcə Azərbaycan gimnastları həyəcanlı deyildilər, eyni zamanda mundialın favoritləri - ruslar da gərgin görünürdülər.

"Rusların itkisiz çıxış etmələrinə baxmayaraq, onların nə qədər narahat olduqları aydın idi. Həm də kiçik səhvlər var idi və həmişə olduğu kimi inamla çıxış etmirdilər. Hətta ikiqat dünya çempionu Dania Averina xalça üzərinə çıxanda təlaşlandı" - dünya çempionu əlavə edib.

1996-cı ilin Olimpiya vitse-çempionu dünyanın müxtəlif ölkələrindən olan gimnastların irəlilədiyini də qeyd edib.

"İndi gimnastika təkcə Avropa ölkələrində güclü deyil. Artıq amerikalı, koreyalı, yaponiyalı qızlar da bu sahədə nəzərəçarpacaq dərəcədə irəliləyiş əldə ediblər. Mənim dövrümdə bu ölkələrin gimnastları hətta ilk iyirmiliyə belə yaxın deyildilər. Ancaq ümumilikdə, gözlənildiyi kimi ruslar liderdirlər, amma Belarus, Ukrayna, İsrail və Bolqarıstan gimnastlarına da afərin!" - deyə Batırşina bildirib.

Xəbər lenti
0