Putinin Zelenski ilə ilk görüşünün vaxtı açıqlandı

© Sputnik / Sergey Guneev / Mediabanka keçidRusiya Prezidenti Vladimir Putin, arxiv şəkli
Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İclas zamanı Donbas regionunda münaqişə tərəflərinin güclərinin geri çəkilməsinin razılaşdırılması planlaşdırılır

BAKI, 17 sentyabr — Sputnik. Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenskinin ilk görüşü oktyabrda baş tuta bilər. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

Ukrayna prezidenti Vladimir Zelenski, arxiv şəkli - Sputnik Azərbaycan
Zelenski övladına görə jurnalistlərlə dartışdı

Qeyd olunur ki, hər iki ölkənin liderinin görüşü sentyabrın 17-si Belarusun paytaxtı Minskdə əlaqə qrupunun görüşünün nəticələrindən asılı olacaq. Vurğulanır ki, iclas zamanı Donbas regionunda münaqişə tərəflərinin hərbi güclərinin geri çəkilməsinin razılaşdırılması planlaşdırılır. Həmçinin iclas zamanı "Ştaynmayer formulu"nun təsdiqi və imzalanması gözlənilir.

Qeyd olunur ki, bu baş tutacağı təqdirdə Rusiya və Ukrayna liderlərinin oktyabrda "Normand dördlüyü" sammiti çərçivəsində görüş ehtimalı 100%-ə qədər yüksələcək.

Xəbər lenti
0