BAKI, 2 sentyabr — Sputnik. Ukrayna prezidenti Vladimir Zelenskinin övladının ilk dərs günündə jurnalistlərin olması hiddətləndirib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.
Prezident jurnalistlərin övladını videoya çəkməməyə, kameraları yığışdırmağa çağırıb.
"Mənim oğlumu niyə çəkirsiniz?" - deyə Zelenski jurnalistlərə sual ünvanlayıb.
Qeyd edək ki, daha əvvəl Vladimir Zelenskinin həyat yoldaşı öz "Instagram" səhifəsində övladının birinci sinfə getdiyini bildirib.