CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DYP valideynlərə müraciət etdi – Qaydalara riayət edin

© Sputnik / Irade JELILYol Patrul Xidmətinin əməkdaşı, arxiv şəkli
Yol Patrul Xidmətinin əməkdaşı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Məktəbyaşlı uşaqların məktəbə ötürülməsi zamanı qayda pozuntusu ən azı həmin ərazidən keçən digər avtomobil sürücülərinin hərəkətinə maneə yaradır

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 17 sentyabr — Sputnik. "Yeni tədris ilinin başlanması ilə əlaqədar DYP gücləndirilmiş iş rejimində çalışır. Təhsil müəssisələri, onların yaxınlığında olan küçə və prospektlər tərəfimizdən nəzarətə götürülüb".

Bu barədə Sputnik Azərbaycan-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov məlumat verib.

Növbətçi hissənin avtomobili - Sputnik Azərbaycan
CƏMİYYƏT
Polisdən vətəndaşlara müraciət: "Düşüncə tərziniz bu olmalıdır"

Onun sözlərinə görə, pik saatlarda təhsil müəssisələri istiqamətində, onların yerləşdiyi küçə və prospektlərdə süni sıxlığın və yaxud tıxacların yaranma ehtimalları var.

"Bu səbəbdən də həmin ərazilərdə təhlükəsizliyin təmin edilməsi, keçmə növbəliliyinin təmin edilməsi, eləcədə baş verə biləcək yol qəza hadisələrinin qarşısının alınması məqsədilə valideyn sürücülərə müraciət edərək xahiş edirəm ki, təhsil müəssisələri istiqamətində hərəkət edərkən, onlara bitişik yollarda, yaxın məsafələrdə, yollara bitişik hissəsində, ikinci cərgədə avtomobillərin dayanması və durmasını həyata keçirəndə diqqətli olsunlar. Məktəbyaşlı uşaqların məktəbə ötürülməsi zamanı qayda pozuntusu ən azı həmin ərazidən keçən digər avtomobil sürücülərinin hərəkətinə maneə yaradır. Çünki 30 saniyə həmin ərazidə dayanmağınız yolun daralmasına və bu ərazidən keçən digər avtomobil sürücülərinin, eləcə də sərnişinlərin ləngiməsinə səbəb olur".

DYP sözçüsü sürücülərə tələblərə uyğun hərəkət etməyə üstünlük verməyi tövsiyə edib.

Xəbər lenti
0