CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın ilk ailə bloggeri mövcud stereotipləri dağıtmaq niyyətindədir

© Instagram / ninja.parentsHəvva Səfərova ailəsi ilə
Həvva Səfərova ailəsi ilə - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkənin ilk və hələlik yeganə bloggeri Həvva Səfərova uşaqları ilə birgə səyahətlərini təbliğ etməkdən yorulmur: Ətrafdakı adamların nə dediyinə fikir verməyin, uşaqlarınızı götürün, səyahət edin.

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 17 sentyabr — Sputnik. Hər bir ölkədə elə ailə cütlükləri var ki, onlar bloggerlik fəaliyyəti ilə məşğul olur, öz uşaqları ilə müxtəlif ölkələrə səyahət edirlər. Azərbaycanda da bloggerlər çoxdur, lakin onlar səyahətə öz sevimli ailə üzvləri ilə birlikdə getməyə risk eləmirlər.

Həvva Səfərova isə ölkənin ilk və hələlik yeganə bloggeridir ki, uşaqları ilə birgə səyahətlərini təbliğ etməkdən yorulmur. O, həyat yoldaşı Nazim, uşaqları Əmir və Emil Səfərovlarla birlikdə səyahət etməyi sevir. Sputnik Azərbaycan-a müsahibəsində Səfərova ailə ilə birlikdə səyahətin sirlərini açıqlayıb.

Qasım (Kasyo) Həsənov - Sputnik Azərbaycan
CƏMİYYƏT
Blogger müasir azərbaycanlıları bütün dünyaya göstərməyi arzulayır

- Həvva, Ninja.parents bloqunu yaratmaq ideyası necə doğulub?

- Mən artıq uzun illərdir yerli otellərin birində işləyirəm. Bir dəfə biz bir layihə həyata keçirirdik və uşaqları ilə birlikdə səyahət edən blogger axtarırdıq. İnanın, biz bir nəfər belə tapa bilmədik. Yoldaşım və uşaqlarla birlikdə tez-tez müxtəlif ölkələrə səyahət etdiyimizdən, tanışlar mənə bloq açmağı və səyahətlərimiz barədə maraqlı məqalələr paylaşmağı məsləhət gördülər. Mən onların məsləhətlərinə qulaq asdım və beləcə bizim ailə bloqumuz yarandı. Artıq bloqumuzun bir yaşı var. Biz ona Ninja.parents adı verdik, çünki nindzalar eyni vaxtda bir neçə vəzifəni yerinə yetirə bilən insanlardır. Hətta səyahətə getməyəndə belə müxtəlif faydalı informasiyalar paylaşmağa çalışıram. Məsələn, hansı ölkələrə mütləq getmək lazımdır, vizanı necə almalı, səyahət üçün hansı sənədlər tələb olunur və s.

Təəssüf ki, Azərbaycanda insanların çoxu elə hesab edir ki, uşaqlarla səyahət eləmək işgəncədir. Biz bütün bu stereotipləri qırmaq və əksini sübut etmək qərarına gəldik. Çıraq Qalaya gəzintiyə yollandım, halbuki onda kiçik oğlum cəmi 25 günlük idi. Həkim və qohumlarım məni fikrimdən döndərməyə çalışdılar, amma mən onlara qulaq asmadım və sonra peşman da olmadım. Heç nədən qorxmaq, ən əsası isə heç kəsə qulaq asmaq lazım deyil.

- Niyə siz bloqunuzu yalnız Azərbaycan dilində yazırsız?

- Bloqu açana qədər biz uzun müddət onu hansı dildə aparmaq üzərində fikirləşdik. Biz ingilis, rus, türk və Azərbaycan dilləri arasında seçim etdik. Düşündük ki, xaricdə ingilis və rus dillərində çoxsaylı bloqlar var. Odur ki, Azərbaycandilli auditoriya üçün Azərbaycan dilində bloq yaratmaq qərarına gəldik.

- Səyahət yerini necə seçirsiz?

- Əvvəllər yeri biz özümüz seçirdik. Elə yerləri seçməyə çalışırdım ki, orada maşının köməyindən istifadə etmək imkanı olmasın və ərim daha çox piyada gəzsin. Çünki o, piyada gəzməyi xoşlamır. Maşın olmayanda, o, piyada gəzməyə məcbur olacaq. Bununla əlaqədar olaraq gəzinti üçün marşrut seçməyə çalışırdım. İndi isə hansısa otellər, istirahət mərkəzləri özləri bizi dəvət edirlər ki, biz onlarla bağlı öz bloqumuzda yazaq. Məni ən çox üzən odur ki, bizə təkliflər ən çox xaricdən daxil olur, yerli regionlardan deyil. Ziyarət etdiyimiz yerlərdən əsasən pozitiv şeyləri paylaşıram, baxmayaraq ki, bəzən xoşuma gəlməyən şeylər də olur.

- Bəs abunəçilər ziyarət etdiyiniz yerdən mənfi xəbərlər paylaşdığınız üçün sizi tənbeh etmir?

- Mən mənfi şeylər haqqında da yazmağa cəhd edirəm, amma neqativləri paylaşmıram. Bütün insanların zövqləri müxtəlifdir. Misal üçün, mənim xoşuma gəlməyən şeylər başqalarının xoşuna gələ, yaxud mənim xoşuma gələnlər kiminsə xoşuna gəlməyə bilər. Hər kəs öz seçimini özü etməlidir.

- Siz Azərbaycanda ilk və hələlik yeganə bloggersiz ki, uşaqlarla istirahətinizi təbliğ edirsiz. Sizcə bu, niyə belədir?

- Bəli, təəssüf ki, bizdə öz uşaqları ilə birlikdə müxtəlif ölkələrə səyahət edən ailəvi bloggerlər yoxdur. Ümid edirəm ki, zamanla mənim də həmkarlarım olacaq. Əgər onların sayı çox olsa, işləmək mənə maraqlı olacaq və biz bir-birimizin məqalələrini izləyəcəyik.

Посмотреть эту публикацию в Instagram

Son zamanlar ətrafdan və qohumlarımdan mənə çatan ən çox maraqlı suallardan biri də budur: Görəsən Həvva ilə Nazim heç dalaşırmı? Qısaca desək: Tom and Jerry kimi 🐱 Bizim hər zaman gülərüz və sevgi dolu olmağımızın yeganə səbəbi bu davalardan ortaya çıxan bir-birini tanıma prosesidir. Sizi əmin edirəm ki, 10 əvvəlki davalarımıza baxanda bizi gülmək tutur ki, buna görə niyə dalaşırdıq ki?! 10 il sonra da indiki davalarımıza elə deyəcəyik. Çünki gizlənmirik bir-birimizdən və kaşlarla, görəsənlərlə doldurmuruq həyatımızı. Xətrinə dəyər? Dəysin. Növbəti dəfə səni tanıyacaq məntiqi ilə yaşayırıq hər günümüzü. 11 illik sevgi. Özümüz də inana bilmirik. Səyahətdə də bu belədir. İlk səyahətimizdə mən az qala dəli olurdum ki, bir insan istirahətə necə oteldə yatmaq kimi baxa bilər 😂 və dava-dalaşla gəzərdik. Təbii ki, onun da mənim də səyahət burnumuzdan gələrdi! 😭 Amma indi necə səyahət edirik? Elə planlayırıq ki, həm o deyən, həm mən deyən. Məsələn, əvvəllər mən onu saat 9-da səhər yeməyini yeyən kimi şəhərə çıxmağa məcbur edirdimsə, indi biz birlikdə günorta saat 12-ə qədər oteldə dincəlirik, yatırıq, telefonda oluruq, TVə baxırıq və ondan sonra başlayırıq olduğumuz şəhərin canına düşməyə 🙈 özü də piyada. Praqa, İstanbul, Budapeşt kimi şəhərləri o tərəfli bu tərəfli piyada uşaqlar, kolyaska, hamilə halımda gəzən adamlarıq. Sadəcə bir-birimizi anlayaraq. Sevdiyimiz üçün bir-birimizə güzəştə gedərək. Bəzən olub ki, səhər tezdən uşaqları götürüb düşüb oteli gəzdirməyə ki, çox yatım yorğunluğum çıxsın. Bəzən olub ki, biz uşaqlarla çıxmışıq və onun ən sevdiyi telefon oyunları və verilişləri ilə onu tək buraxmışıq. Sadəcə bir-birinizə inanın, sevin və ən əsası dalaşın. Bir insan özü ilə belə barışıq ola bilməzkən, kənardakılarla hər zaman gülərüz münasibətdə ola bilməz. Mütləq orada saxta nəsə var deməkdir 🎈

Публикация от TRAVEL ADVISOR - With Kids (@ninja.parents)

- Uşaqla səyahətə getmək nə dərəcədə düzgündür?

- Hər şey səyahət etdiyin yerdən asılıdır. Mənim uşaqlarım kaprizli deyillər, ona görə də onlarla səyahət etmək asandır. Çoxları deyir ki, səyahət zamanı uşaqlar xəstələnməyə başlayır, məndə isə əksinədir, uşaqlar getməmişdən bir neçə gün əvvəl xəstələnirlər. Biz həmişə xəstə-xəstə səyahətə çıxırıq. Uşaqlar artıq o qədər öyrəşiblər ki, hətta qızdırmaları qalxanda, yalvarırlar ki, onları harasa aparaq. Xəstələnəndə fəal həyat tərzi keçirmək lazımdır ki, tez sağalasan. Əgər uşağın üzərində əssən, o, hər dəfə ayrı-ayrı xəstəliklərə tutulacaq.

-Siz uşaqlarla səyahətə risq etməyən valideynlərə nə məsləhət görərdiz?

- Ən əsası ətrafdakı adamların nə dediyinə fikir verməyin, uşaqlarınızı götürün, səyahət edin.

Xəbər lenti
0