CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Blogger müasir azərbaycanlıları bütün dünyaya göstərməyi arzulayır

Abunə olmaq
Kasyo Həsənov dostlarına vətəni haqqında danışmaq üçün Azərbaycana səyahət etmək fikrindədir

BAKI, 6 aprel — Sputnik. Moskvada yaşayan Qasım (Kasyo- anası uşaqlıqdan onu belə çağırıb - red.) Həsənov Azərbaycan televiziyasında veriliş aparmaq və soydaşlarımızın stereotiplərini qırmaq arzusundan danışıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, onun bu barədə danışdığı müsahibə Paxlava Production layihəsinin YouTube-dakı səhifəsində yayılıb. Bu layihə Mixail Lomonosov adına Moskva Dövlət Universitetinin məzunları və tələbələri olan Ruslan Əhmədov, Nüşabə Kərimli və Ruslan Süleymanov tərəfindən həyata keçirilir. Onlar Rusiyada yaşayan məşhur azərbaycanlılarla müsahibə hazırlayaraq öz səhifələrində yayırlar. Bu dəfə onların qonağı blogger Kasyo Həsənov olub.

Həsənovlar ailəsi yaşamaq üçün Azərbaycandan Gürcüstana köçüb. Kasyo da orada anadan olub. Hazırda onun bütün doğmaları Moskvada yaşayır. Onun əsas gəlir mənbəyi sosial şəbəkələrdir. O, hər dəfə öz səhifəsində, bloqunda səyahətləri barədə materialları paylaşır, eyni zamanda müxtəlif ölkələrə turlar təşkil edir. O, Azərbaycan və Gürcüstana turlar təşkil etməyi və Moskvada çayxana açmağı planlaşdırır.

Представительница Азербайджана на детском международном конкурсе Евровидение -2018 Фидан Гусейнова - Sputnik Azərbaycan
Gənc azərbaycanlı müğənni Moskvada moda bomondunu valeh edib

"Mən Gürcüstanda doğulmuşam. Ona görə də Azərbaycan tarixi və mədəniyyəti ilə bir o qədər də tanış deyiləm. Gürcüstan azərbaycanlılarının ənənələri başqadır, hətta mənim anam da Azərbaycan yeməklərini bir qədər başqa cür bişirir. Bakıya ilk dəfə gedəndə çox həyəcanlanmışdım. Baxmayaraq ki, mənim bütün ətrafım azərbaycanlılardır, amma burada özümü bir qədər qəribə hiss edirdim. Bakıya yenə getmək fikrindəyəm" - Həsənov deyib.

Bloggerin sözlərinə görə, anası azadlıqsevər qadındır, amma atası tipik Azərbaycan kişisidir və onun üçün ictimai rəy əsasdır. Dostları və psixoloqun yanaşması Həsənova digər insanların rəyindən azad olmağa kömək edib.

"Azərbaycanda qızları tez-tez çox erkən ərə verirlər, ayrı yaşamağa qoymurlar. Baxmayaraq ki, mənim bütün qohumlarım artıq çoxdandır Rusiyada yaşayır, onlar hələ də bütün bu ənənələri qorumağa davam edir. Mənsə hesab edirəm ki, uşaq nə vaxt istəsə, ailəsindən ayrı yaşaya bilər və burada pis heç nə yoxdur" - Həsənov əlavə edib.

Blogger Azərbaycan televiziyasında Andrey Malaxov kimi yalnız rus dilində veriliş aparmağı arzulayır. O, tamaşaçılara müasir azərbaycanlının alternativ versiyasını göstərmək istəyir, stereotipik versiyasını deyil.

Qasım Həsənov Moskvada hüquq təhsili alıb, sonra dostları ilə yaşamaq üçün Çinə gedib. O, müxtəlif ölkələrə səyahət edir və öz təəssüratlarını izləyiciləri ilə bölüşür.

Xəbər lenti
0