Trampın Qrenlandiya zarafatı - Danimarkalı ekspert açıqlayır

© AFP 2023 / Jonathan NackstrandQrenlandiya, arxiv şəkli
Qrenlandiya, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Tramp elə düşünür ki, hər şeyi alıb-satmaq olar, lakin bildiyiniz kimi Qrenlandiya Danimarkanın bir hissəsidir"

BAKI, 17 sentyabr — Sputnik. Danimarkalılar ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı almağa dair bəyanatlarına zarafat kimi yanaşırlar.

Sputnik Azərbaycan xəbər verir ki, bunu "Saxo Bank" sərmayə bankının baş iqtisadçısı və sərmayələr üzrə direktoru Stin Yakobsen RİA Novosti-yə deyib.

Qrenlandiya, arxiv şəkli - Sputnik Azərbaycan
"Söz verdim ki, Qrenlandiyaya bunu etməyəcəm" - Tramp

Avqustda Trampın Qrenlandiyanı almaq niyyətində olduğuna dair xəbərlər yayılıb. Qeyd edək ki, Qrenlandiya adası Danimarkanın geniş muxtariyyətə malik tərkib hissəsidir. Sonradan jurnalistlərə verdiyi açıqlamasında Tramp həqiqətən də adanı almaqda marağının olduğunu təsdiqləyib. Qrenlandiya öz növbəsində adanın satışda olmadığını deyib, Danimarka isə Qrenlandiyanın satılması ideyasını absurd adlandırıb. Bu bəyanatlardan sonra Tramp Kopenhagenə planlaşdırılmış səfərini ləğv edib.

"Siz də anlayırsınız ki, Danimarkada Qrenlandiyanı almaq ideyasına zarafat kimi baxırlar. Tramp elə düşünür ki, hər şeyi alıb-satmaq olar, lakin bildiyiniz kimi Qrenlandiya Danimarkanın bir hissəsidir. Təbii ki, biz onun (Qrenlandiya – red.) haqqında hər gün düşünmürük, lakin mənim ödədiyim vergilərin müəyyən bir hissəsi subsidiya şəklində Qrenlandiyaya gedir", - Yakobsen deyib.

Xəbər lenti
0