"Söz verdim ki, Qrenlandiyaya bunu etməyəcəm" - Tramp

CC0 / Taken / ГренландияQrenlandiya, arxiv şəkli
Qrenlandiya, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Danimarkanın Baş Naziri Mette Frederiksen ABŞ liderinin adanı almaq marağını "absurd söhbət" adlandırıb

BAKI, 20 avqust — Sputnik. Donald Trampın Qrenlandiyanı almaq istəyinə baxmayaraq, ABŞ prezidenti orada öz qüllələrindən birini tikməyəcək.

Sputnik Azərbaycan xəbər verir ki, ABŞ lideri özü bunu "Twitter" səhifəsində bəyan edib.

Belə ki, Tramp "Twitter" paylaşımında adanın sahillərində "Trump Tower" qüllələrindən birinin təsvir olunduğu redaktə edilmiş fotoşəkli paylaşıb. Fotoşəklin üstündə isə "Söz verirəm ki, Qrenlandiyaya bunu etməyəcəm!" yazıb.

​Qeyd edək ki, bir müddət öncə "Wall Street Journal" nəşri Ağ Evdə olan mənbələrə istinadən xəbər verib ki, Prezident Donald Tramp dünyanın ən böyük adası olan Qrenlandiyanı almaq fikrinə düşüb.

Məlumata görə, Tramp dəfələrlə müşavirlərindən ABŞ-ın Qrenlandiyanı ala bilmək imkanları haqqında soruşub, eləcə də adanın resurslarına, onun geosiyasi əhəmiyyətinə və Amerikanın Arktikada hərbi iştirakını artırma imkanlarına dair müzakirələrə maraqla qulaq asıb.

Qrenlandiya - Sputnik Azərbaycan
Trampın iştahı orta əsrlər kralları səviyyəsində imiş

Tramp sonradan mediaya verdiyi açıqlamasında Qrenlandiyanı almaq niyyətinin olduğunu təsdiqləyib.

"Biz bu haqda danışmışıq. Danimarka onun (adanın – red.) sahibidir, biz Danimarka ilə çox yaxşı müttəfiqik", - Tramp jurnalistlərə deyib.

Qrenlandiyanın Trampın bu planına cavabı özünü çox gözlətməyib. Belə ki, Danimarkanın muxtar ərazisi hesab edilən Qrenlandiyanın Xarici İşlər Nazirliyi bəyanatında adanın satışa yox, biznesə açıq olduğunu deyib.

Danimarkanın Baş Naziri Mette Frederiksen isə ABŞ liderinin adanı almaq marağını "absurd söhbət" adlandırıb.

Xəbər lenti
0