BAKI, 16 sentyabr — Sputnik. "Yuventus" klubunun və Portuqaliya yığma komandasının hücumçusu Kriştianu Ronaldu ağlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, hadisə "Good Morning Britain" (Sabahın xeyir, Britaniya) verilişinin aparıcısı Pirs Morqanla müsahibə zamanı baş tutub. Videogörüntülər proqramın "Twitter" səhifəsində yayımlanıb. Jurnalist Ronalduya vəfat etmiş atası haqqında film göstərib. Ulduz futbolçu həmin an göz yaşlarını saxlaya bilməyərək bildirib ki, "mənim uğurlarımı atam görə bilmədi".
— Good Morning Britain (@GMB) 16 сентября 2019 г.
Qeyd edək ki, Kriştianu Ronaldu 5 qat "Qızıl top" sahibidir. O, həmçinin 2016-cı ildə yığma komandanın tərkibində Avropa çempionu olub. Futbolçunun atası həddindən çox spirtli içki qəbul etdiyinə görə 2005-ci ildə dünyasını dəyişib.