Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ucuzlaşmaya doğru addım: Üçündən biri, özü də ən əsası yerli olacaq

© Sputnik / Vitaliy Timkiv / Mediabanka keçidQübrədən istifadə, arxiv şəkli
Qübrədən istifadə, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Gələcəkdə üzvi gübrələri də istehsal edə bilərik. Kimyəvi tərkibli gübrələrdən bütün dünya yavaş-yavaş imtina edir, tədricən üzvi gübrələrə keçirlər"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 13 sentyabr — Sputnik. "Əsas məsələ gübrələrin yerli istehsalına və nəticədə bazarda gübrələrin qiymətinin ucuzlaşmasına nail olmaqdır. Azot gübrəsinin yerli istehsalımız olan karbamidlə əvəz edilməsi bu istiqamətdə atılan növbəti addımdır. Azot gübrəsi ilə karbamidin tərkibi, funksiyası eynidir. Karbamid yemləmə gübrəsidir və bunun istehsalına nail olmuşuq. Artıq yerli istehsaldan istifadə olunacaq. Bu, fermerlərə daha ucuz qiymətə təklif olunacaq və vəsait ölkədə qalacaq".

Bunu kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli azot gübrəsinin karbamidlə əvəz edilməsindən danışarkən Sputnik Azərbaycan-a deyib.

Goranboy rayonunun Qaradağlı kəndində əkin sahəsi  - Sputnik Azərbaycan
İQTİSADİYYAT
"Son iki gündə havaların kəskin dəyişməsi kənd təsərrüfatı üçün ciddi risk yaradır"

O, bildirib ki, hazırda kənd təsərrüfatında tətbiq olunan gübrələr 3 qrupa bölünür – fosfor, kalium və azot: "Fosfor və kalium şumaltına verilir, yəni səpin aparılanda verilir. Amma azot tərkibli gübrələr isə daha çox yemləmə gübrəsi kimi verilir. Onlar bitkinin fizioloji inkişafını sürətləndirir. Taxılçılıqdan danışırıqsa, azot tərkibli gübrələr adətən hektar başına 250-300 kiloqramdır və tədricən verilir. Üç istiqamətdə olan gübrələrin hamısı xaricdən gətirilir və buna böyük vəsait xərclənir. Hələlik fosfor və kaliumu özümüz istehsal edə bilmirik".

Ekspert qeyd edib ki, bunları istehsal etmək üçün çox güclü kimya-sənaye kompleksi olmalıdır: "Bu, asan məsələ deyil. Sovet İttifaqı dağılandan sonra kimya-sənaye kompleksləri dağıldı, iflasa uğradı. Vaxtilə, xüsusən Sumqayıt bunun mərkəzi olub və burada müxtəlif tərkibli gübrələr istehsal olunurdu. Amma sonradan həmin sahə dağıldı. Sumqayıtın azad iqtisadi zonaya çevrilməsi, Sumqayıt Texnologiyalar Parkının yaranması imkan verəcək ki, bu sahə inkişaf etsin. Karbamidin istehsalı ilk addımdır. Gələcəkdə üzvi gübrələri də istehsal edə bilərik. Kimyəvi tərkibli gübrələrdən bütün dünya yavaş-yavaş imtina edir, tədricən üzvi gübrələrə keçirlər. İnkişafın son mərhələsi üzvi gübrələrin istehsalına keçməkdir".

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqrolizinq" ASC-nin sədri Elmin Rəhmanov mətbuata açıqlamasında deyib ki, azot gübrəsinin karbamidlə əvəz edilməsi planlaşdırılır: "Hər iki məhsulun tərkibi eynidir. Odur ki, azotun ölkəyə idxalını yavaş-yavaş azaldacağıq. Yerli məhsula tələbat formalaşdırmaq və tədricən onun maya dəyərini aşağı salmaq istəyirik".

Xəbər lenti
0