CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AQTA jurnalistləri bir yerə yığdı – İNFOTUR

© Sputnik / Nigar IskanderovaAzərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyası
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyası - Sputnik Azərbaycan
Abunə olmaq
Laboratoriyada qida qablaşdırma materiallarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələrin aparılması da mümkün olacaq

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 13 sentyabr — Sputnik. Ölkədə istehsal edilən, həmçinin idxal və ixrac olunan qida məhsullarının, eləcə də aqrokimyəvi və baytarlıq preparatları kimi qeyri – qida məhsullarının, həmçinin qida qablaşdırma materiallarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələrin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları ən müasir cihazlarla təchiz edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, laboratoriyaların imkanlarının, maddi-texniki bazasının geniş ictimaiyyətə çatdırılması üçün bu gün İnstitutun Analitik Ekspertiza Mərkəzinin nəzdində fəaliyyət göstərən Kompleks Tədqiqatlar Laboratoriyasına infotur təşkil edilib. 30-a yaxın jurnalistin iştirak etdiyi infotur çərçivəsində jurnalistlərə məlumat verilib ki, Kompleks Tədqiqatlar Laboratoriyasının fəaliyyətinin əsas istiqaməti ölkədə istehsal olunan, həmçinin idxal və ixrac olunan qida məhsullarının, qida qablaşdırma materiallarının, aqrokimyəvi maddələrin, baytarlıq preparatlarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələrin aparılmasının təmin edilməsidir. Təqdim olunan nümunələr üzərində müayinələr beynəlxalq tələb və normalara uyğun olaraq aparılır.

© Sputnik / Nigar IskanderovaAzərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyası
AQTA jurnalistləri bir yerə yığdı – İNFOTUR - Sputnik Azərbaycan
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyası

Laboratoriyada dünyanın qabaqcıl ölkələrinin laboratoriyalarında təcrübə keçmiş kimyaçılar, mikrobioloqlar, genetiklər və s. ixtisaslı yüksək peşəkarlığa malik mütəxəssislər fəaliyyət göstərirlər. Hazırda Kompleks Tədqiqatlar Laboratoriyası müasir tələblərə cavab verən cihaz və avadanlıqlarla təchiz olunmuş müxtəlif təyinatlı 6 bölmədən ibarətdir. Bu bölmələrdə istifadə edilən müasir avadanlıqlar qida məhsullarının, baytarlıq preparatlarının, aqrokimyəvi maddələrin, qida əlavələrinin və qablaşdırılma materiallarının qısa zamanda müayinəsini həyata keçirməyə imkan verir. Ölkəmizdə ilk dəfə məhz Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarında qablaşdırma materiallarına miqrasiya edən toksikoloji maddələrin miqdarının təyini, uşaq qidalarının, eləcə də qida məhsullarının tərkibində naməlum və ya kənar maddələrin identifikasiyası üçün ən müasir texnologiyalar tətbiq edilir. Laboratoriyalarda baytarlıq preparatları və aqrokimyəvi maddələrin tərkibi və keyfiyyət göstəricilərinin müayinələri aparılır. Eyni zamanda, qida məhsullarında aqrokimyəvi maddələr, preparatlar, vaksinlər və pestisidlərin qalıq miqdarının sınaqları beynəlxalq standartların tələblərinə uyğun olaraq yüksək dəqiqlik, həssaslıq və seçiciliklə həyata keçirilir. Laboratoriyaların maddi-texniki bazası, burada qurulan ən müasir cihazlar ölkəmizdə ilk dəfə energetik içkilərin komponentlərinin identifikasiya üzrə təyinatların aparılmasına imkan verir. Eləcə də sərinləşdirici və alkoqollu içkilərin toksikoloji tərkibinin müəyyən edilməsi, həmçinin istehsalı zamanı məhsula əlavə edilən kənar maddələrin identifikasiyası AQTİ-nin Kompleks Tədqiqatlar Laboratoriyasında ən müasir üsullarla həyata keçirilir.

Qoşqar Təhməzli - Sputnik Azərbaycan
Məktəblərdə qida təhlükəsizliyi necə təmin ediləcək - AQTA sədri danışır

Həmçinin laboratoriyada qida məhsullarının mikrobioloji və molekulyar bioloji göstəriciləri ən yeni texnologiya olan Real Zamanlı Polimeraza Zəncirvari Reaksiya cihazında yoxlanılır. Əhalinin sağlamlığının qorunması, təhlükəsiz qida məhsulları ilə təmin edilməsi məqsədi ilə AQTİ-nin nəzdində fəaliyyət göstərən laboratoriyalar mütəmadi olaraq təkmilləşdirilir və dünyanın ən qabaqcıl texnologiyalarının tətbiq edilməsi üçün maddi-texniki baza zənginləşdirilir. Yaxın gələcəkdə Kompleks Tədqiqatlar Laboratoriyasında ən mürəkkəb sınaqlardan biri olan qida məhsullarında dioksinlər, bifenillər, toksofenlər kimi bir sıra çirkləndiricilərin təyininin, eləcə də kompozit qablaşdırma materiallarında tərkib və toksikoloji müayinələrin aparılması planlaşdırılır. Həmçinin yemlərdə, bitki və heyvan mənşəli qidalarda geni dəyişdirilmiş orqanizmlərin təyini üçün laboratoriyaların yeni avadanlıqlarla təchiz edilməsi və yeni metodların işlənib hazırlanması üzərində işlər davam etdirilir. Laboratoriyaların xidmətlərindən sahibkarlarla yanaşı, vətəndaşlar da yararlana bilərlər. İstehlak etdiyi məhsulun tərkibi, keyfiyyəti və təhlükəsizliyi ilə bağlı şübhələri olan vətəndaşlar Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına müraciət edə bilərlər.

Xəbər lenti
0