Qoşqar Təhməzli: “Təhsil Nazirliyi ilə birlikdə qidalanma məsələlərinə birgə nəzarət edəcəyik”
“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə fəaliyyət göstərən 500-dən çox uşaq bağçasından lazımi audit və monitorinq tədbirləri həyata keçirib”. Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AQTA sədri Qoşqar Təhməzli deyib.
“Yaxın zamanlarda bütün bağçalarda aparılan monitorinq barədə ictimaiyyətə məlumat verəcəyik. Hər il olduğu kimi bu il də Təhsil Nazirliyi ilə birlikdə bütün ümumtəhsil müəssisələrində qidalanma məsələlərinə birgə nəzarət edəcəyik”, -deyə agentliyin sədri bildirib.
Qoşqar Təhməzlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz