Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Qarabağ"ın oyununa biletlər satışda

© Facebook / Qarabağ FKQarabağ - Dundalk matçı
Qarabağ - Dundalk matçı - Sputnik Azərbaycan
Abunə olmaq
Qrupun favoriti ilə Qurban Qurbanovun yetirmələri Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşacaq

BAKI, 13 sentyabr — Sputnik. "Qarabağ" – "Sevilya" oyununa biletlər bu gündən satışa çıxarılır. Sputnik Azərbaycan-ın  xəbərinə görə, bu barədə "Qarabağ" futbol klubunun rəsmi "Facebook" səhifəsində məlumat verilib.

Futbolçunun kölgəsi - Sputnik Azərbaycan
İDMAN
AFFA tanınmış futbol klubu ilə bağlı qərar verdi

Satışa çıxarılan biletlərin qiyməti 3-50 manat arası dəyişir. Futbolsevərlər bu oyuna biletləri onlayn şəkildə iticket.az saytı vasitəsi ilə də əldə edə bilərlər.

Məlumat üçün bildirək ki, Azərbaycanın Avropa liqasındakı təmsilçisi "Qarabağ" qrup mərhələsinin 1-ci turunda İspaniyanın "Sevilya" klubunu qəbul edəcək. Qurban Qurbanovun yetirmələri qrupun favoriti ilə Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşacaq.

Qeyd edək ki, azərbaycanlı azarkeşlərin maraqla gözlədiyi Qarabağ" - "Sevilya" matçı sentyabrın 19-u saat 20:55-də start götürəcək.

Xəbər lenti
0