BAKI, 12 sentyabr — Sputnik. Türkiyə Kassasiya məhkəməsi müxalif "Cumhuriyet" qəzetinin beş sabiq əməkdaşına bəraət verib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı elə qəzet özü yayıb.
Ötən ilin aprelində İstanbul şəhər məhkəməsi "Cumhuriyet"in 15 əməkdaşını, o cümlədən baş redaktoru Murat Sabuncunu Fətullah Gülənlə əlaqələrdə günahlandıraraq həbslərinə qərar vermişdi. Onlara müxtəlif müddətli cəzalar kəsilmişdi.
Kassasiya məhkəməsi onlardan beşi - Musa Kart, Güray Öz, Mustafa Kamal Güngör, Hakan Kara və Öndər Çelik - barəsində verilən qərarları ləğv edib. Onların hər biri ən azı 5 il müddətinə həbs cəzası almışdı. Jurnalistlərin yaxın saatlarda saxlanıldıqları həbsxanalardan buraxılacaqları gözlənilir.