"Cənubi Qafqaz ölkələri Boltonla razılaşmalarını unutmalıdır"

© AFP 2024 / BRENDAN SMIALOWSKICon Bolton, arxiv şəkli
Con Bolton, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyalı ekspert ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun istefasının bölgəmizə necə təsir göstərəcəyini izah edib

Aleksandra Zuyeva, Sputnik Azərbaycan

BAKI, 12 sentyabr — Sputnik. ABŞ Prezidenti Donald Tramp bu günlərdə milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun vəzifəsindən istefa verdiyini açıqlayıb. Tramp bunun səbəbini izah edərkən deyib ki, Boltonun təkliflərinin çoxu ilə qəti razı olmayıb və ondan istefaya getməsini xahiş edib.

Kreml, arxiv şəkli - Sputnik Azərbaycan
ABŞ və Rusiya "casus" iddialarına reaksiya verdilər

Rusiyalı politoloq, "Ali İqtisad Məktəbi" Milli Tədqiqat Universitetinin professoru Dmitri Yevstafyev Sputnik Azərbaycan-ın Amerikanın əsas fiqurlarından birinin istefasının ümumilikdə region və Cənubi Qafqaz üçün nə ilə nəticələnəcəyi barədə suallarını cavablandırıb.

- Boltonun istefasını "gözlənilməz" adlandırmaq olarmı?

- Müasir dünyada gözlənilən bütün hadisələr gözlənilmədən baş verir. Boltonun istefası iyun ayından gözlənilirdi, lakin hesab olunurdu ki, bu, ilin sonunda baş verəcək. O, Venesuelanı "qatıb-qarışdırmalı" və İran ətrafındakı vəziyyətin nizamlanmasının ən sərt variantının "siması" kimi bir müddət işləməli idi. Ancaq mütəxəssislər hesab edirlər ki, Amerika Prezidenti Donald Trump da var və onun üslubuna alışmaq lazımdır.

İki hala diqqət yetirəcəyəm: 1) Boltonun çıxarıldığı an və 2) işdən çıxma forması. Forma aydındır - Trump özünü Boltondan mümkün qədər uzaqlaşdırmaq üçün əlindən gələni etdi, "Con yaxşı bir insan olsa da, rəhbərlikdə həmişə ifratçı idi" deməklə göstərmək istədi ki, Bolton proseslərə o qədər də təsir göstərmir. Və ümumiyyətlə düzgün olmayan xətti əymişdi, hansı ki, indi onu düzəldəcək.

İşdən çıxarılma anına gəlincə, bu, iki amilin birləşməsini əks etdirir: bir tərəfdən Trump artıq seçki kampaniyasına qoşulmağa başlayır və Bolton kimi radikallar öz hərəkətləri və ifadələri ilə onu korlaya bilərlər. Ona ən azı dövlət siyasəti səviyyəsində tam nəzarət edəcəyi kadrlar lazımdır.

Bundan başqa, Çinlə həqiqi bir kompromis əldə etmək dövrü gəlir. Çünki Boltonun radikalizmi və xüsusilə də ictimai demarşları Çinlə münasibətlərin korlanmasında çox neqativ rol oynamışdı.

Fransa Respublikası prezidenti Emanuel Makron, arxiv şəkli - Sputnik Azərbaycan
Makronun milyardları ABŞ-ın İrana qarşı təzyiq strategiyasını poza bilər

Doğrudur, ABŞ-ın Venesueladakı uğursuzluğunda xüsusən Boltonun nəzarətində olan Venesuela rəhbərliyi ilə ABŞ arasındakı təmaslarla bağlı sızma da mühüm rol oynamışdı. Yəqin ki, məhz bu vəziyyət Boltonun şəxsi uğursuzluğunda "son damla" oldu.

- Boltonun istefası ABŞ-ın siyasətində, xüsusən də Avrasiya və Rusiya istiqamətli siyasətində hansı nəticələri doğuracaq?

- Bolton Tramp administrasiyasındakı yeganə radikal deyil. Amma onun getməsi hazırkı administrasiyanın ictimai radikalizm dövrünün formal olaraq sonu deməkdir.

Düşünürəm ki, indi Amerika siyasəti daha az sərtlik nümayiş etdirəcək, hətta "sakit radikalizm" üstünlük təşkil edəcək, eynilə Amerikanın sevdiyi "yumşaq danışın, sərt davranın" prinsipində olduğu kimi.

Ehtimal edirəm ki, Boltonun getməsi nəhayət, ABŞ-Türkiyə münasibətlərindəki böhranla əlaqədar olaraq, Vaşinqtonun İrana "kökə" göstərməyə başlayacağına dair bir siqnal ola bilər. ABŞ-ın silahlara nəzarət məsələsində öz mövqeyini ən azından daha çevik görünməyə başlayacağını güman etmək olar. Lakin bu, siyasətin zahiri təzahürüdür və onun əsl mahiyyəti - monopolyarlıq sisteminin yenidən formatlanması dəyişməz qalacaq.

Birləşmiş Ştatlar "bütün istiqamətlərdə eskalasiya" siyasətinə hazır deyildi. Onun sadəcə maddi və təşkilati baxımdan kifayət qədər resursu yox idi. Baxın, qaba şəkildə NATO tərəfdaşlarını qorxutmaq və Avropadakı mərkəzdənqaçma meyllərini stimullaşdırmaqdan başqa heç bir məsələni həll etmək mümkün olmadı. Bolton bir çox səbəblərə görə, "bütün istiqamətlərdə eskalasiya" vəziyyətini dəstəklədi. Bəzən şüurlu surətdə, bəzənsə şüursuz olaraq.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
“Bolton çox ciddi bir səhv edib” – Ərdoğan od püskürdü

İndi qarşıda duran əsas vəzifə, qazanmaq şansının olmadığı və ya mübahisəli olduğu vəziyyətləri kənara qoyaraq öz mövqeyini yenidən formalaşdırmaqdır. Məsələn, İran, yaxud Venesueladakı kimi kritik vəziyyətin olduğu yerdə qələbə qazanmaq. Bu vəziyyət ABŞ üçün çox pis nəticələrə səbəb olmağa başlayır. Düşünürəm ki, "dinc möhlət" seçki dövrünün sonuna qədər davam edəcək. Bundan sonra baş verəcəklər bir çox amildən asılıdır.

Rusiya ilə münasibətlərə gəlincə, yəqin ki, bu məsələ uzun müddət dincə qoyulacaq və tərəfdaşlıq və münasibətlərin normallaşdırılması kimi publikaya hesablanmış formal bəyanatlar siyasəti ilə bir müddət kifayətlənəcək. Yəni, Vaşinqtonda Moskva ilə yeni bir razılaşma əldə etmək üçün nə siyasi iradə var, nə də fürsət. Əsas vəzifə Moskvanın Pekinlə tərəfdaşlığını daha da dərinləşdirməyə stimul vermək deyil. Və budur, Boltonun getməsi vəziyyəti xeyli yumşaldır.

Avrasiyaya gəlincə, hər halda manipulyasiyalar davam edəcək, lakin ABŞ-ın bölgədəki hər hansı konstruktiv siyasət üçün real resursları yoxdur. Onların niyyəti əsasən neqativdir - Moskva, Pekin və Tehranın həyatını alt-üst eləmək, Avrasiyada sabitliyi pozmaq ... Bu, baş tutacaqmı? Zaman göstərəcək.

Amerika siyasətindəki struktur, institusional dəyişikliklər daha maraqlı ola bilər. Yalnız Trampın publikaya hesablanmış radikalizm hüququ olacaq, qərar qəbul etmək hüququ isə Trampa qismən yaxın dairələrin və ailəsinin əlində cəmləşəcək. Mən Obama və kiçik Buşun dövründə böyüyən Milli Təhlükəsizlik Xidmətinin tədricən dağılacağını da gözləyirəm. Bu da Amerika administrasiyasında qüvvələrin daxili tarazlıq gücünü bir qədər dəyişdirəcək, Dövlət Departamentinin rolunu isə qismən bərpa edəcək.

 ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli - Sputnik Azərbaycan
Tramp dəhşətli qasırğanın fonunda yenə öz bildiyini edib

- Cənubi Qafqaza baş çəkən Boltonun son səfəri zamanı əldə olunan razılaşmaların taleyi necə olacaq?

- Əvvəla ümid edirəm ki, Boltonun görüşdüyü liderlər müvafiq mütəxəssislərdən onların artıq hətta "topal ördək"lə belə deyil, təsir imkanı və statusu sürətlə aşağı düşən bir adamla görüşdükləri barədə məlumat almışdılar. İkincisi, Bolton ən yaxşı vaxtlarında dəyişməz "fırıldaqçı" reputasiyasına malik idi. Onun öz mövqeyini bütün adminsitrasiyanın mövqeyi kimi sırıyan, vicdan əzabı çəkmədən hər hansı bir manipulyasiyaya, o cümlədən, məxfi razılaşmalarının pozulmasına yol verən bir insan olduğu kimsəyə sirr deyildi.

Ümid edirəm ki, sözügedən danışıqlar onun nüfuzu nəzərə alınmaqla aparılıb, onunla əldə olunan razılaşmalar isə istənilən vaxt, hətta o, vəzifədə qalsaydı belə, "ləğv edilə bilən" idi.

Zahiri əlamətlərə görə, Ukrayna və Belarus istisna olmaqla, Boltonun ziyarət etdiyi ölkələrin əksəriyyətində ona münasibət məhz belə idi. Müasir Ukrayna ilə bağlı hər şey aydındır, amma güc elitasının iqtidarda olduğu və həddindən artıq çox şey görmüş Minskdə onu görmək çox qəribə idi. ABŞ-ın dörd prezidenti ilə işləmiş bu adamın kim olduğunu görmək üçün heç kiçik ölçülü emissar kaleydoskopuna da ehtiyac yoxdur. Onunla görüşə gələn bu adama zərrə qədər də etibar etməyin düzgün olmadığını və onun istefa ərəfəsində olduğunu başa düşən heç bir lider Boltona etibar etməzdi.

Düşünürəm ki, hər kəs Boltonla razılaşmaları unutmalıdır. Üstəlik, onların Amerika siyasətində sabitlik dövrünün keçdiyini və hələ uzun müddət də qayıtmayacağını düşünərək bir qeyd dəftəri düzəltməsi daha yaxşıdır. Xüsusilə də nəzərə almaq lazımdır ki, Bolton Cənubi Qafqazda təkcə Rusiya üçün deyil, həm də İran üçün və uzunmüddətli perspektivdə Çin üçün yenilənmiş bir perimetr qurmağa çalışırdı. Bu, bölgə üçün olduqca təhlükəli kombinasiya idi və təbii ki, bütün Amerika elitası kimi, Boltonun da vecinə deyildi.

Federal Rezerv Sistemi - Sputnik Azərbaycan
Dünya iqtisadiyyatına "ağıldankəm" istiqamət verir?

- Boltonun siyasi gələcəyi necə olacaq?

- Bu, Boltonun hakimiyyətdən ilk gedişi deyil. Ona görə də onun siyasi gələcəyinin olmadığını deməyə mən belə, ehtiyat edirəm. Bolton maksimum düzxətli fiqur olaraq bütün mümkün konfiqurasiyalarda ehtiyac duyulan şəxsdir və əlbəttə ki, müəyyən müddətdə hamı ondan tez bezir.

Başqa bir məsələ də budur ki, Bolton çox inciyərək gedib. O, Trampa görə, "ciddi və uzunmüddətli" oldu, bir ildən çox çalışdı. Onun real təsiri isə bir ildən az çəkdi. Buna görə də onun xarakterinə bələd olduğum üçün deyə bilərəm ki, o, susmayacaq və Amerika ictimaiyyətinin "gözünü açmağa" çalışacaq ki, konkret kim ona Amerikanın düşmənlərinə qalib gəlməyə imkan verməyib. Odur ki, maraqlı və Tramp üçün ağrılı olacaq hadisələri gözləmək lazımdır.

Xəbər lenti
0