BAKI, 28 avqust — Sputnik. Donald Tramp Federal Ehtiyatlar Sistemini (FES) axmaqlıqda günahlandırıb.
Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, ABŞ Prezidentini özündən çıxaran səbəb G7 ölkələrində aşağı faiz dərəcələri olub.
Our Federal Reserve cannot “mentally” keep up with the competition - other countries. At the G-7 in France, all of the other Leaders were giddy about how low their Interest Costs have gone. Germany is actually “getting paid” to borrow money - ZERO INTEREST PLUS! No Clue Fed!
— Donald J. Trump (@realDonaldTrump) August 28, 2019
"Bizim FES "əqli cəhətdən" başqa ölkələrlə rəqabət apara bilmir. Fransada G7-dəki bütün ölkələrin liderləri faiz xərclərinin xeyli azalmasına görə eyforiyada idilər", - Tramp Twitter-də yazıb.
"Almaniyaya borc götürdüyünə görə "xərac verirlər" - sıfır stavka! FES-in heç bir anlayışı yoxdur", - Tramp hiddətlənib.
ABŞ lideri müntəzəm olaraq FES-in başçısı Cerom Pauelli baza faiz dərəcəsini aşağı salmaqdan imtina etdiyinə görə tənqid edir. Keçən həftə hətta Tramp məsələni belə qoyub: görəsən, Amerika iqtisadiyyatının ən böyük düşməni kimdir - Çin lideri Si Cinpin, yoxsa Pauell?
Sonuncu dəfə ABŞ-ın Federal Ehtiyat Sistemi 30-31 iyul tarixlərində keçirilən iclasların yekunu üzrə 10 il ərzində ilk dəfə olaraq baza faiz dərəcəsini 25 bənd azaldaraq illik 2-2,25% səviyyəsinə endirib.