Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 12 sentyabr — Sputnik. Bərdə rayonunda iribuynuzlu heyvanlar arasında kütləvi xəstəlik yayılıb. Məlumatlara görə, xəstəlik rayonun Mustafaağalı kəndində müşahidə olunur. Heyvanlar arasında ölüm halı müşahidə olunmasa da, xəstəliyin yayılması kənd sakinlərinin narahatlığına səbəb olub.
Sputnik Azərbaycan Bərdənin Mustafaağalı kəndində heyvanlar arasında qeydə alınan bu xəstəliyin səbəbini araşdırıb.
Bu aktivləşmənin nəticəsində heyvanlarda dərinin tamlığının pozulması qeydə alınır: "Dərisinin tamlığı pozulmuş heyvanlar Aqrar Xidmətlər Agentliyinin yerli baytarlıq idarələri tərəfindən ciddi nəzarətə götürülüb və lazımi köməklik göstərilir. Həmçinin heyvan sahiblərinə bu kimi həşəratlardan və mikrooqranizmlərdən heyvanların qorunmasına dair məsləhət və tövsiyələr verilib. Heyvanlarda baş verən dəri tamlığının pozulmasının xüsusi təhlükəli infeksiya ilə əlaqəsi mövcud deyil və heç bir narahatlığa əsas yoxdur. Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir və bu sabitliyi qoruyub saxlamaq üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"nda nəzərdə tutulan xəstəliklərin profilaktikası üçün peyvənd, dezinfeksiya, dezinseksiya və s. vasitələrlə yerli baytarlıq idarələrini təmin edib və lazımi təşkilatı tədbirlər davam etdirilir".