CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rusiyalı aparıcı: “Harada yaşamağımdan asılı olmayaraq, mən azərbaycanlıyam”

Abunə olmaq
Rusiyanın Birinci kanalının Azərbaycan əsilli aparıcısı Svetlana Zeynalova: “Moskvada yaşayan azərbaycanlılar məni özlərinki hesab etmirlər”

BAKI, 11 sentyabr — Sputnik. Rusiyanın "Birinci kanal"ının Azərbaycan əsilli aparıcısı Svetlana Zeynalova Bakıya səfəri ilə bağlı təəssüratlarını bölüşüb və azərbaycanlı kişilərin çox məsuliyyətli olduğunu qeyd edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, o, bu barədə Mixail Lomonosov adına Moskva Dövlət Universitetinin məzunları və tələbələri olan Ruslan Əhmədov, Nüşabə Kərimli və Ruslan Süleymanov tərəfindən həyata keçirilən "Paxlava production" layihəsinin qonağı olarkən danışıb. Qeyd edək ki, "Paxlava production"ın müəllifləri Rusiyada yaşayan məşhur azərbaycanlılarla müsahibə hazırlayaraq özünün "Youtube" səhifəsində yayımlayır. Bu dəfə layihənin qonağı Svetlana Zeynalova olub.

Onun sözlərinə görə, Bakıya səfəri zamanı mədəni şok keçirib. Şəhər güclü surətdə dəyişib, dəbli olub, texnoloji yenilikləri mənimsəyib və çox təmizdir.

"Moskvada yaşayan azərbaycanlılar məni özlərinki hesab etmirlər. İş ondadır ki, biz qadınıq, Azərbaycan mədəniyyəti isə kişiyanadır. Ola bilsin ki, bacım İradə ilə mən ona görə heç vaxt Moskvada azərbaycanlılarla təmas qurmamışıq. Ola bilsin, İradəni harasa dəvət ediblər, amma məni dəqiq heç yerə dəvət etmirlər. Sanki mən yerdə-göydə yoxam. Mən hətta kimə irad bildirəcəyimi də bilmirəm. Çünki heç kəsi tanımıram. Ona görə də, biz sanki öz dünyamızda yaşayırıq. Ola bilsin, həddindən artıq rusuq" – deyə Zeynalova bildirib.

Vaxtanqov teatrının aparıcı aktrisası Olqa Lerman, arxiv şəkli - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Təsadüf bakılı qıza Moskva teatrının aparıcı aktrisası olmaqda necə kömək edib

"Keçmiş azərbaycanlı olmur" - deyən aparıcı, harada yaşamasından asılı olmayaraq, özünü azərbaycanlı hesab edir. Onun fikrincə, rus kişilərindən fərqli olaraq, azərbaycanlı güclü cinsin nümayəndələri ailə məsələlərində daha məsuliyyətlidirlər.

"Deyə bilərəm ki, azərbaycanlı kişilər rus kişilərdən daha güclüdürlər. Söhbət mənim qarşılaşdığım rus kişilərdən gedir. Azərbaycanlı kişilərin ailələri, həyat yoldaşları və uşaqları ilə bağlı bəlli bir anlayışları var. Hesab edirəm ki, hər bir kişi güclü olmalı, qərarları özü qəbul etməli və pul qazanmalıdır. Moskvada isə bu, başqa cürdür: güclü cinsin nümayəndələri müntəzəm olaraq heç nəyi həll etmirlər, hər şeyi qadınlar həll edirlər" - Zeynalova bildirib.

Svetlana Zeynalova radio və televiziya aparıcısıdır. Hazırda "Birinci kanal"da "Dobroye utro" verilişini aparır. 2015-ci ilə qədər "Maximum", "Business FM", "Naşe Radio" radiolarında verilişlər aparıb. Məşhur azərbaycanlı teleaparıcı İradə Zeynalovanın bacısıdır.

Xəbər lenti
0