BAKI, 5 sentyabr — Sputnik. Xoşbəxt təsadüf məşhur bakılı, Rus Dram Teatrında işləyən ailə cütlüyünün - quruluşçu rejissor Viktoriya Lerman və Azərbaycanın əməkdar artisti Fuad Osmanovun qızı Olga Lermanın Yevgeni Vaxtanqov adına Moskva Dövlət Akademik Teatrının aparıcı aktrisalarından biri olmasına kömək edib.
Gənc aktrisa Lerman Sputnik Azərbaycan-a müsahibəsində etiraf edib ki, o, teatr xadimlərinin ailəsində böyüyüb və səhnədə ilk addımlarını erkən yaşlarında atıb. O, aktyorluq sənətində ilk addımlarını da elə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında və Heydər Əliyev Sarayında atıb. 16 yaşı olanda Bakı xoreoqrafiya məktəbindən Krasnodar xoreoqrafiya məktəbinə getməli olub. O vaxtdan Lerman Rusiyada yaşayır.
"Rusiyaya yeni gələndə ilk vaxtlar mənə çox çətin idi. Bakıda adamlar çox yumşaq xasiyyətli idi və ona görə də mənə əvvəlcə ruslarla münasibət qurmaq çox çətin gəlirdi. Sonra tədricən mühitə adaptasiya elədim. Yeni ölkə, yeni adamlar, yeni mentallıq həmişə yeni təcrübədir. Bütün bunlarla sən özün üçün maraqlı şeylər kəşf eləməyə başlayırsan" , - deyə Lerman etiraf edib.
O, çox şeyi atası Fuad Osmanovdan öyrənib. Aktrisanın dediyinə görə, indiyə qədər də rollarını atası kimi yenidən yazır, çünki uşaqlıqda həmişə ailəlikcən ona bu işdə kömək edirdilər.
Посмотреть эту публикацию в Instagram
Boris Şukin adına Teatr məktəbinin üçüncü kursunda təhsil alarkən, o, Moskva Akademik Satira Teatrından dəvət alır. Tam təsadüfən Rusiyanın əməkdar artisti Qalina Lvovna Konovalova baş rollardan birini Lermanın oynadığı tamaşada iştirak edir. Gənc həmkarının oyunu Konovalovanın o qədər xoşuna gəlir ki, qıza zəng edərək onu Vaxtanqov teatrının bədii rəhbəri ilə tanış edir. Lerman üçün bu teatrdan iş təklifi almaq və orada işləmək tamamilə gözlənilməz olur.
"Hər şeyin səbəbi təsadüflərdir. Mən ümumiyyətlə hesab edirəm ki, həyat təsadüflərdən ibarətdir, hətta bizim dünyaya gəlişimiz də təsadüfdür. Mən buna tamamilə əminəm. Bu, insanın enerjisi ilə də əlaqədardır. İnsan öz enerjisini toplayaraq bir işin arxasınca gedəndə, onun bu işi alınır. Mənə elə gəlir ki, uğurun hər hansı formulu yoxdur, hərənin öz yolu var", - Lerman deyib.
Посмотреть эту публикацию в Instagram#гастроли#театрвахтангова#evgenyonegin#monmaître By @alinafrolina
Vaxtanqov səhnəsində onun bir anda yerli və xarici ədəbiyyatın ən yaxşı qadın obrazlarını özündə cəmləşdirmək şansı olub. Baş rolu almaq, aktrisanın fikrincə, çətin deyil, lakin bir obrazı yaratmaq və onu illərlə oynamaq işin ən çətin tərəfidir.
"Mən baş rolları alan və öhdəsindən gəlməyən milyonlarla insanı göstərə bilərəm. Məndə də belə olub. Ən yaxşı rollarını 90 yaşında oynamağa başlayan aktrisalar tanıyıram. Kimsə 15 yaşında oynadığı rolla növbəti on il ərzində məşhur olur, lakin sonra insanlar onu unudurlar, çünki başqa heç nə etmir" - deyə Lerman bildirib.
Посмотреть эту публикацию в Instagram
İndi o, nəinki teatr səhnəsində oynayır, həm də bir çox rus filmlərində rola çəkilir. Lermanın sözlərinə görə, ona çoxlu təkliflər gəlir. Səhnədə də, çəkiliş meydançasında da rollarını oynamaq aktrisanın xoşuna gəlir, çünki kino onun teatr karyerasının maraqlı davamıdır. Lerman ən çox o obrazları yaratmağı sevir ki, tamaşaçılar teatrdan çıxandan sonra onu tanımasınlar.
Aktrisa böyük səhnəyə çıxmaq arzusunda olan gənc həmkarlarına xəyal qurmağı davam etdirməyi və arzularının arxasınca getməyi, habelə öz üzərilərində çox çalışmağı tövsiyə edir.
Olqa Lerman Bakıya Yarat Müasir İncəsənət Məkanının təşkil etdiyi 3-cü M.A.P. Beynəlxalq Teatr Festivalı çərçivəsində gəlib. Onun iştirakı ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "Yevgeni Onegin" tamaşası səhnəyə qoyulub.