Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Ayrı-seçkilik, yaxud yerində edilən təklif: Onlar təhsil haqqından azad edilməlidirlərmi?

© AFP 2024 / FREDERICK FLORINİmtahan, arxiv şəkli
İmtahan, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə qızların ödənişli təhsildən azad edilməsinə ümumilikdə müsbət təşəbbüs kimi baxır

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 10 sentyabr — Sputnik. Bir neçə gün öncə Milli Məclisin deputatı Musa Quliyev bütün tələbə qızların ödənişli təhsildən azad olunması təklifi ilə çıxış edib. Deputatın fikrincə, ödənişli əsasla qəbul olmuş bütün qızlar təhsil haqqından azad edilməli və bu məsələni dövlət öz üzərinə götürməlidir. O, bildirib ki, xüsusilə, istər özəl, istər dövlət təhsil müəssisələrində atası olmayan qız uşaqlarının xərcləri birinci növbədə dövlət tərəfindən ödənilməlidir.

Абитуриенты в ходе экзамена, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Xaricdə oxuyacaq bəzi tələbələrin təhsil haqqını fond ödəyəcək

Musa Quliyev səsləndirdiyi təklifin qanuniləşməsini də vacib sayıb. Deputat deyib ki, bu il təhsil xərcləri üçün büdcədən 2 milyard 285 milyon manat vəsait ayrılıb: "Odur ki, fikrimcə, gələn ilin büdcəsinə əlavə 100 milyon manat ayrılarsa, yaxud, 4,3 faizlik artım edilərsə, bütün qız tələbələrin təhsil haqlarının dövlət tərəfindən qarşılanması mümkün olar və problem öz həllini tapmış olar".

Millət vəkilinin bu təklifinə münasibət birmənalı deyil. Bəziləri deputatın bu təklifini dəstəkləyir, digər qisim isə bunun ayrı-seçkiliyə səbəb olacağı qənaətindədir.

Əməkdar müəllim Asif Cahangirov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu məsələyə vahid standartdan yanaşılması doğru olmaz. A.Cahangirov deyib ki, bu, ali təhsil müəssisələrinin maddi imkanlarına bağlı məsələdir:

"Fikrimcə, bunu bütün qız tələbələrə şamil etmək olmaz. Bu məsələyə, tələbənin təlim nəticəsinə və ailə vəziyyətinə görə baxmaq lazımdır. Əks halda, mən bütün qız tələbələrin ödənişli təhsildən azad edilməsində bir məna görmürəm. Düşünürəm ki, bu məsələyə fərdi yanaşılmalıdır. Əgər hansısa qızın təhsil nəticəsi yaxşıdırsa, üstəlik ailə vəziyyəti onun ödənişli əsaslarla oxumasına imkan vermirsə, ali məktəb rəhbərliyi o tələbəyə güzəşt edə bilər".

Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə qızların ödənişli təhsildən azad edilməsinə ümumilikdə müsbət təşəbbüs kimi baxır. Həmsöhbətimiz deyir ki, bəzən qızların ödənişli təhsil almasına qarşı çıxan valideynlər olur: "Ailə bunu maddi imkanının olmaması ilə əsaslandırır. Cəmiyyətdə təhsilli qadınların sayı nə qədər çox olarsa, bu cəmiyyətin xeyrinə olar. Ona görə də, qızlara ali təhsil üçün geniş imkanlar yaratmaq yaxşıdır. Amma mən də düşünürəm ki, bunu kütləvi halda tətbiq etmək lazım deyil. Ali təhsil müəssisələri mütləq aztəminatlı ailələrin övladlarına imkan daxilində güzəştlər etməlidir".

Xəbər lenti
0