Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Səfir gileyləndi - Azərbaycanın Ukrayna ilə ticarət dövriyyəsi iki dəfə azalıb

© AFP 2024 / ROSLAN RAHMANKonteynerlər, arxiv şəkli
Konteynerlər, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
“Azərbaycanda Ukraynanın fəxri konsulluğunun açılması da planlaşdırılır. Artıq konsul postuna namizədlər də var”

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 10 sentyabr – Sputnik. “2010-cu ildə Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsinin həcmi 1.6 milyard dollar idisə, ötən il bu rəqəm 2 dəfə az - 850 milyon dollar olub. Bu isə əsasən Ukraynada son illər baş verənlərlə bağlı idi. Təbii ki, bu rəqəm bizi qane edə bilməz və bu istiqamətdə işlər görülməlidir”.

Pakistanın Azərbaycandakı səfiri Səid Xan Möhmənd - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Azərbaycan və Pakistan arasında ticarət dövriyyəsinin həcmi bir neçə dəfə artıb - Səfir

Sputnik Azərbaycan xəbər verir ki, Ukrayna Respublikasının Azərbaycandakı səfiri Vladislav Kanevski bildirib.

Səfir vurğulayıb ki, Azərbaycanda Ukrayna Ticarət Evinin açılması planlaşdırılır: "Hazırda Ticarət Evi test mərhələsində fəaliyyət göstərir. Bu evin Azərbaycanda açılması iki ölkə arasında ticari-iqtisadi əlaqələrin inkişafına öz töhfəsini verəcək. Bundan əlavə, ukraynalı sahibkarlar Azərbaycanın bölgələrinə, Naxçıvan Muxtar Respublikasına investisiya yatırmaq niyyətindədirlər. Bununla bağlı hazırda işlər aparılır. Həmçinin Azərbaycanda Ukraynanın fəxri konsulluğunun açılması da planlaşdırılır. Artıq konsul postuna namizədlər də var".

Səfir, həmçinin vurğulayıb ki, yaxın vaxtlar da Azərbaycanda Ukrayna Kino günləri keçiriləcək.

Təhsil və turizm barədə danışan Kanevski xatırladıb ki, hazırda Ukraynada Azərbaycandan olan 6 min tələbə təhsil alır: "Azərbaycanlı tələbələr Ukraynada təhsil alan xarici ölkə tələbələrinin sayına görə ilk beşlikdə qərarlaşıb. Lakin təəssüflər olsun ki, biz eyni şeyi burda görmürük. Bu istiqamətdə müvafiq işlər görülməlidir. Düşünürəm ki, bu işdə Azərbaycanda olan ali məktəblər də maraqlı olmalı və işlər aparmalıdır".

Səfirin sözlərinə görə, Ukrayna və Azərbaycan arasında turizm sahəsində də əməkdaşlıq üçün böyük potensial var: "Proqnozlara görə, bu ilin sonuna qədər Azərbaycana 50 mindən çox ukraynalı turist səfər edəcək. Azərbaycandan da Ukraynaya səfər edən turistlərin sayı hər il artır. Lakin bu sahədə də görüləsi işlər var. Məsələn, Kiyevdən Bakıya olan aviareyslərə bilet tapmaq olduqca çətin olur. Ona görə də ölkələr arasında aviareyslərin sayının artırılmasına ehtiyac var. Xüsusilə, hər iki ölkənin regionları arasında əməkdaşlıq üçün böyük potensial var".

Xəbər lenti
0