Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 5 sentyabr — Sputnik. Azərbaycan və Pakistan arasında son 2-3 il ərzində ticarət dövriyyəsinin həcmi bir neçə dəfə artıb.
Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Pakistanın Azərbaycandakı səfiri Səid Xan Möhmənd bildirib.
Səfir qeyd edib ki, hər iki ölkə arasında yüksək səviyyədə siyasi dialoqun olmasına baxmayaraq, Azərbaycan və Pakistan bunu iqtisadi münasibətlərə tam olaraq yansıda bilmir: "Ölkələr arasında ticarət dövriyyəsinin artırılması üçün çox böyük potensial var. Son bir neçə ildə bu istiqamətdə işlər görülür. Ölkələr arasında ticarət dövriyyəsi 8 milyondan 32 milyona yüksəlib".
Səid Xan Möhmənd eyni zamanda vurğulayıb ki, bu rəqəmə ölkələr arasında hərbi sahədə əməkdaşlığa dair göstəricilər daxil deyil.