CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Axşam yaxşı "tamaşa" var: xorvatlar Bakıya gəliblər

© Sputnik / Murad OrujovMilli komandamızın yarımmüdafiəçisi Dmitri Nazarov, arxiv şəkli
Milli komandamızın yarımmüdafiəçisi Dmitri Nazarov, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Millimiz bundan əvvəl keçirdiyi 4 oyununun hamısında məğlub olub

BAKI, 9 sentyabr — Sputnik. Millimiz bu gün Avro-2020-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq.

Yuventusun futbolçusu Kriştiano Ronaldo - Sputnik Azərbaycan
İDMAN
Məşhur futbolçu vəsiyyətini etdi

Sputnik Azərbaycan xəbər verir ki, yığmamız 6-cı turda "Bakcell Arena"da Xorvatiya millisini qəbul edəcək. Qarşılaşma yerli vaxtla saat 20:00-da başlayacaq. Oyunu isveçrəli hakim Sandro Şerer idarə edəcək.

E qrupunun digər görüşündə isə Slovakiya Macarıstanın qonağı olacaq. Millimiz bundan əvvəl keçirdiyi 4 oyununun hamısında məğlub olub.

Qeyd edək ki, Xorvatiya ilə səfər oyununda komandamız 2:1 hesabı ilə məğlub olmuşdu. İndiyə qədər komandalar arasında keçirilən 3 görüşdə yığmamız bir oyun bərabərə qalsa da, iki oyunu uduzub. Komandamız rəqib qapısından 1 top keçirə bilsə də, öz qapısında 8 qol görüb.

Xəbər lenti
0