Gürcüstan qərarını verdi - Baş nazir təsdiqləndi

Abunə olmaq
Yeni hökumətin təsdiqlənməsi Parlament önündəki etiraz aksiyalarının fonunda keçib

BAKI, 8 sentyabr — Sputnik. Georgi Qaxariyanın başçılıq edəcəyi Gürcüstanın yeni hökuməti Parlamentdə 150 millət vəkilindən 98-nin səsini alaraq təsdiq edilib.

Отражения в воде флага Грузии и собора Светицховели  - Sputnik Azərbaycan
Parlament hökumət rəhbəri seçir, insanlar qoyunlarla etiraz edirlər

Sputnik Gürcüstan bildirir ki, təsdiq üçün 76 səs də kifayət edirmiş.

Yeni hökumətin təsdiqlənməsi Parlament önündəki etiraz aksiyalarının fonunda keçib. 

"Ayıbdır" ictimai hərəkatı bu səhər Parlamentin önünə yığışıb Georgi Qaxariyanın Baş nazir seçilməsi əleyhinə mitinq keçirib. Aksiya iştirakçıları hətta mitinqə bir sürü qoyun da gətiriblər.

Nazirlərin çoxu öz vəzifəsində qalacaq. Qaxariyanın əvəzinə Daxili İşlər naziri Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin başçısı Vaxtanq Qomelauri olacaq. Müdafiə Nazirliyi isə keçmiş Baş nazir, "Gürcü arzusu" partiyasının siyasi katibi İrakli Qaribaşviliyə həvalə edilir. 

Gün ərzində Parlament qarşısında yeni aksiyaların keçiriləcəyi gözlənilir - Qaxariyanın əleyhdarları yeni "utanc dəhlizləri" yaradacaqlarına söz veriblər. 

Xəbər lenti
0