Parlament hökumət rəhbəri seçir, insanlar qoyunlarla etiraz edirlər

© AP Photo / Shakh AivazovОтражения в воде флага Грузии и собора Светицховели
Отражения в воде флага Грузии и собора Светицховели  - Sputnik Azərbaycan
Abunə olmaq
İyun ayından Georgi Qaxariyanın Daxili işlər naziri vəzifəsindən istefasını tələb edən gənclər onun hökumət başçısı seçilməsinin qəti yolverilməz olduğunu  deyirlər

BAKI, 8 sentyabr — Sputnik. Gürcüstan Parlamentinin həm daxilində, həm də xaricində bu anlarda siyasi gərginlik özünün pik həddindədir. Deputatlar içəridə yeni hökumətin təsdiqlənməsini müzakirə edirlər, Baş nazir vəzifəsinə namizədliyi irəli sürülən Georgi Qaxariya çıxış edir, bayırda isə "Ayıbdır" şüarları ilə mitinq keçirilir.

Полицейские пытаются заблокировать протестующих во время митинга против визита российской делегации возле здания парламента в Тбилиси, Грузия - Sputnik Azərbaycan
Baş nazir kim olacaq? - Tbilisi etiraza qalxdı

Sputnik Gürcüstan xəbər verir ki, iyun ayından Georgi Qaxariyanın Daxili işlər naziri vəzifəsindən istefasını tələb edən gənclər onun hökumət başçısı seçilməsinin qəti yolverilməz olduğunu  deyirlər. Onlar tələb edirlər ki, Qaxariya iyunun 20-21-də Tbilisidə etiraz aksiyalarını dağıdılmasının nəticələrinə görə məsuliyyəti boynuna götürsün və hökumətdən getsin.

Hər axşam Parlament qarşısında mitinq keçirən Qaxariyanın əleyhdarları "Ayıbdır" adlı ictimai hərəkat yaradıblar. Bu gün səhərdən onlar Parlamentin yan girişində, maşınların həyətə daxil olduğu yerə toplaşıblar. Özləri ilə plakat və vuvuzelalar gətirən etirazçıların sayı 20 nəfərədəkdir.

© Sputnik / Shota NozadzeGürcüstan parlamenti qarşısında etiraz aksiyası
Parlament hökumət rəhbəri seçir, insanlar qoyunlarla etiraz edirlər - Sputnik Azərbaycan
Gürcüstan parlamenti qarşısında etiraz aksiyası

Etirazçılar Parlamentin qarşısına bir sürü qoyun da gətiriblər. Onların sözlərinə görə, hakim "Gürcü arzusu - demokratik Gürcüstan" partiyasının deputatlarının bu qoyunlar kimi müti olduqlarını əyani olaraq göstərmək istəyirlər. 

"Qoyunlar etiraz hiss olmayan heyvanlardır və çoban onları haraya çağırsa, oraya da gedirlər", - aksiyanın təşkilatçılarından biri Giqa Makaraşvili deyib. 

Qaxariyanın əleyhdarları qoyunlara hakim partiyanın deputatlarının adlarını verməkdən də çəkinməyiblər.

Xəbər lenti
0