CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezidentin sərəncamı ilə yenidən qurulan yolda niyə problem əskik olmur?

© © AAY DA mətbuat xidmətiYenilənmiş Babək prospekti
Yenilənmiş Babək prospekti - Sputnik Azərbaycan
Abunə olmaq
Babək prospektinin altında təmirdən sonra borular "peyda olub" - heç kim sahib çıxmaq istəmir

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 7 sentyabr — Sputnik. İki il bundan əvvəl Babək prospektində yenidənqurma işlərinə başlanıldı. Ümumilikdə prospektin uzunluğu 9 kilometr, eni isə 30 metr idi.

Təmir işlərinə başanılan zaman bütün yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlara müraciət olunmuşdu. Belə ki, əgər dəyişdiriləsi, yenisinin çəkilməsi zərurəti varsa, aidiyyəti qurumlar bu işləri həyata keçirməli idi.

Круг Дакара близ станции метро Нефтчиляр на пересечении улицы Рустама Рустамова с проспектом Гара Гараева - Sputnik Azərbaycan
Sürücülərin vicdanına qalan yol – “Neftçilər”də bitməyən tıxacla bağlı açıqlama

Bu proseslərdən sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən prospekt yenidən qurulacaqdı. Köhnə beton örtüyü frezlənib daşınacaq, yol ayrıca bərpa olunacaq, yeni səki daşları düzüləcəkdi. Eyni zamanda yağış-kanalizasiya sistemi də bərpa olunaraq tam işlək vəziyyətə gətiriləcəkdi.

Xatırladaq ki, Prezident İlham Əliyev Bakı şəhərinin Babək prospektinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayaraq AAYDA-ya 20,1 milyon manat vəsait ayırmışdı. Təmir işlərinə başlanılan müddətdə prospektdə yol hissə-hissə məhdudlaşdırılmışdı da.

Beləcə, təmir başa çatdı və sürücülərin ixtiyarına verildi. Ancaq görünən odur ki, prospektin "başı bəlalı" oldu. Tez-tez çökmələr meydana gəldi, yol kələ-kötür oldu.

Bu günlərdə prospektdə yenidən problemlər yaranıb. Yolun bir hissəsində çökmə və qabarmalar müşahidə edilib. Bu da sürücülərin hərəkəti üçün böyük problemə səbəb olub. Belə ki, həmin ərazidən keçmək üçün məcburən sürəti minimuma endirmək lazım gəlir. Buna baxmayaraq, avtomobillər həmin ərazidən keçəndə ləngər vurur.

Sürücüləri bezdirmiş yol təmir edilir>>

Xeyli vəsait xərclənən prospektin niyə bu qədər keyfiyyətsiz təmir edildiyi hər kəsdə maraq oyadır.

AAYDA-nın mətbuat katibi Anar Nəcəfli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, həmin hissədə mənşəyi məlum olmayan köhnə borular keçir. Həmin borular artıq istismar müddətini bitirib: "Torpaq altında qaldığından eroziyaya uğrayaraq bəzi hissələri çürüyüb. Borularda aşınmalar və sınmalar əmələ gəlir. Nəticədə boru üzərində olan torpaq qatı borunun içərisinə tökülür və belə olan halda, bu, yola da təsir edir. Yolda qabarmalar və çökmələr əmələ gəlir. Fikir vermisinizsə, asfaltda bunu bir xətt boyunca müşahidə etmək olurdu".

Nəcəfli qeyd edib ki, yolun təmiri zamanı da ağır texnikalar işlədiyi üçün həmin hissələrdə boruların aşınmasını sürətləndirib.

Qurumun sözçüsü bildirir ki, bununla bağlı konkret nəsə demək çətindir: "Problem odur ki, bu boruların mənşəyi bilinmir - yəni nə borulardır, əvvəl nə üçün istifadə olunub? AAYDA yolun təmiri işlərini həyata keçirib. Yolun təkində, yəni 10-15 metr dərinliyində nə olduğunu bilmirik. Heç bunu kommunikasiya xətlərinə cavabdeh olan qurumlar da bilmir. Qurumların qeydiyyatında olan borular var ki, lazım olan hissələrdə onların yenilənməsi həyata keçirilib", - deyə o, əlavə edib.

Nəcəfli təəssüflə qeyd edib ki, prospektdə tez-tez problemlər yaranır və hər kəs AAYDA-nı ittiham edir. Halbuki bu, AAYDA-nın problemi deyil: "Bununla bağlı aidiyyəti üzrə məlumat verilib. Hazırda isə, kommunikasiya xətlərinə cavabdeh olan qurumlarla birgə bu məsələ araşdırılır və çalışılır ki, bu kimi halların baş verməsi minimuma endirilsin".

Belə. Ortada ayrılmış 20 milyon manat və tez-tez problemlər yaşanan bir prospekt var. Günahkar isə hələ də bəlli deyil.

Xəbər lenti
0