CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sürücülərin vicdanına qalan yol – “Neftçilər”də bitməyən tıxacla bağlı açıqlama

© Sputnik / Murad OrujovКруг Дакара близ станции метро "Нефтчиляр" на пересечении улицы Рустама Рустамова с проспектом Гара Гараева
Круг Дакара близ станции метро Нефтчиляр на пересечении улицы Рустама Рустамова с проспектом Гара Гараева - Sputnik Azərbaycan
Abunə olmaq
Vaqif Əsədov: “Sürücülər yol hərəkətində şəxsi mənafelərini üstün tutmamalıdırlar. Yol hərəkəti iştirakçıları öz məsuliyyətlərini dərk etmək istəmirlər”

BAKI, 19 avqust — Sputnik. "Dakar meydanı ərazisindəki tıxacların səbəbi sürücülərin qaydalara doğru-dürüst əməl etməməsidir. Sürücülər idarə etdiyi avtomobilləri dayanma-durma qaydalarına uyğun saxlamırlar. Bundan başqa, paytaxt ərazisində nəqliyyat vasitələrini saxlamaq üçün nəzərdə tutulan yerlərdən kənarda park etmək, bir dəqiqə gözləmək belə, süni sıxlığın yaranmasına səbəb olur".

Yeni sərnişin avtobusları - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sükan arxasında narkotik qəbul etdiyi deyilən sürücü barədə AÇIQLAMA

Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov danışıb.

O, qeyd edib ki, həmin ərazidə həm "Qara Qarayev", həm də "Xalqlar Dostluğu" metro stansiyaları istiqamətində avtobus dayanacaqları var: "Doğrudur, dayanacaqlar kifayət qədər geniş ərazidə yerləşir və sayından asılı olmayaraq bir neçə avtobus dayanacağa eyni anda girə bilir. Lakin təəssüf ki, sürücülər nəqliyyat vasitələrini həmin ərazidə düzgün park etmirlər. Xüsusilə taksi fəaliyyəti ilə məşğul olan sürücülərin ərazidə 2-3 dəqiqə dayanması və müştəri gözləməsi nəqliyyatın hərəkətini çətinləşdirir. Bu da Dakar meydanında süni sıxlıq yaradır".

V. Əsədovun sözlərinə görə, polis əməkdaşları bu cür qayda pozuntuları üçün sürücülərə nəzarət etmir.

"Sürücü bilməlidir ki, hansı ərazidə yol hərəkəti qaydaları hansı şəkildə tənzimlənir. Sürücülər təkcə özlərini düşünməməlidirlər. Avtomobili yolun hərəkət istiqamətində saxlamaq, kimisə gözləmək doğru deyil. Dövlət Yol Polisi İdarəsi tərəfindən həmin şəxslərə qarşı inzibati tənbeh tədbirləri həyata keçirilir. Bu məqsədlə pik vaxtlarda həmin ərazilərdə nəzarət gücləndirilir" - deyə o bildirib.

Növbətçi hissənin avtomobili - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ayağını pəncərədən çıxaran sürücü polislərə qəribə izahat verdi

Şöbə rəisi əlavə edib ki, qaydanı bir dəqiqəlik də olsa pozan sürücü heç bir halda inzibati məsuliyyətdən azad olunmur: "Sürücülər yol hərəkətində şəxsi mənafelərini üstün tutmamalıdırlar. Bizimlə yanaşı, digər aidiyyəti qurumlar da öz işini kifayət qədər yaxşı görür. Sadəcə olaraq yol hərəkəti iştirakçıları öz məsuliyyətlərini dərk etmək istəmirlər. Düşünürəm ki, tətbiq edilən cərimə məbləği olduqca aşağıdır. Amma qətiyyən cərimə məbləğinin artırılmasının tərəfdarı deyiləm. Məsələn, adi dayanma, durma və ya parklanma qaydalarını pozmağa görə 20 manat, avtobus dayanacaqlarının qeyri-qanuni zəbt edilməsinə görə isə cərimə məbləği 40 manat təşkil edir. Gün ərzində aidiyyəti üzrə kifayət qədər cərimə tətbiq edilir və yüzlərlə sürücüyə sadəcə xəbərdarlıq etməklə qaydalara riayət etməsi deyilir. Bu hallar yalnız sürücülərin qaydalara riayət etməsi ilə həll oluna bilər".

Xəbər lenti
0