BAKI, 6 sentyabr — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenski ştatdankənar müşavirləri Mixail Fyodorov, Vladimir Borodyanski və Andrey Zaqorodnyuku işdən azad edib.
Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, bu şəxslər yeni yaradılmış Nazirlər Kabinetinin tərkibinə daxil ediliblər.
Ukraynanın Ali Radası avqustun 29-da Nazirlər Kabinetinin yeni tərkibini təsdiq edib. Rəqəmsal transformasiya üzrə vitse-nazir Mixail Fyodorov, Gənclər, Mədəniyyət və İdman naziri Borodyanski, Müdafiə naziri isə Zaqorodnyuk olub.
Müşavirlərin vəzıifələrindən azad olunması barədə üç ayrı sərəncam Zelenskinin rəsmi saytında yerləşdirilib.