Çin ABŞ sanksiyalarından uduzmamağın yolunu tapdı: görün İranda nə edəcək

© AFP 2024 / ATTA KENAREİranlı dövlət bayrağının şəklinin yanından keçir
İranlı dövlət bayrağının şəklinin yanından keçir - Sputnik Azərbaycan
Abunə olmaq
Çin həmçinin İranın nəqliyyat infrastrukturunun modernləşdirilməsi üçün əlavə 120 milyard dollar yatırım edəcək

BAKI, 6 sentyabr — Sputnik. Çin İranın enerji sektoruna (neft, qaz və neft-kimya sənayesi) 280 milyard dollar sərmayə yatırmağı planlaşdırır.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Petroleum Economist jurnalı İranın Neft Nazirliyinə yaxın mənbələrə istinadən məlumat yayıb.

Министр иностранных дел РФ Сергей Лавров, фото из архива - Sputnik Azərbaycan
Çin "böyük qardaş" deyil - Lavrov

Bildirilir ki, bu barədə razılaşma avqustun sonunda İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin Pekinə səfəri zamanı əldə olunub. Bu, əslində İranla Çin arasında 2016-cı ildəki razılaşma ilə səsləşir: həmin dövrdə neft-qaz sahəsinə yatırımlar çinlilərin 400 milyard dollarlıq investisiya planlarının tərkibinə daxil edilmişdi.

Razılaşmanın şərtləri İrana qarşı ABŞ sanksiyalarının pozulması nəticəsində Çin şirkətləri üçün yarana biləcək neqativ nəticələri minimuma endirməyə hesablanmış bir neçə maddəni də ehtiva edir. Məsələn, neftə görə ödəniş dollarla deyil, keçmiş sovet ölkələri və Afrikadakı biznesdən qazanılmış yuanla olacaq. Çin nefti, qazı və  neft-kimya məhsullarını zəmanətli 12% güzəştlə alacaq, üstəlik, ödənişin həyata keçirilməsi üçün 2 il möhlət hüququna malik olacaq. Həmçinin Çin İranda yeni və yenilənmiş neft-qaz və neft-kimya layihələrində üstün satınalma hüququ əldə edəcək. Çin şirkətləri cənub qonşumuzun ərazisində öz sərmayələrinin qorunması üçün 5 min nəfərədək təhlükəsizlik xidməti əməkdaşı, eləcə də neft tədarükü xətlərinin, o cümlədən Fars körfəzindəki istiqamətdə, təhlükəsizliyinin təmini üçün əlavə əməkdaşları yerləşdirə biləcək.   

Çin həmçinin İranın nəqliyyat infrastrukturunun modernləşdirilməsi üçün əlavə 120 milyard dollar yatırım edəcək.

Xəbər lenti
0