Çin "böyük qardaş" deyil - Lavrov

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidМинистр иностранных дел РФ Сергей Лавров, фото из архива
Министр иностранных дел РФ Сергей Лавров, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya-Çin münasibətləri "misli görünməmiş dərəcədə strateji səviyyəyə" gəlib çatıb

BAKI, 5 sentyabr — Sputnik. Çini Rusiyanın "böyük qardaşı" adlandırmaq düzgün deyil. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov müsahibəsində bəyan edib.

Onun sözlərinə görə, Moskva digər dövlətlərlə diktata yox, qarşılıqlı faydaya əsaslanan münasibətlərin qurulmasının tərəfdarıdır.

Lavrov qeyd edib ki, Pekinlə münasibətlər məhz bu məcrada inkişaf edir və bu münasibətlər "misli görünməmiş dərəcədə strateji səviyyəyə" gəlib çatıb.

"Bu çoxplanlı tərəfdaşlıq və strateji əməkdaşlıq münasibətləridir" – nazir bildirib.

Lavrov əlavə edib ki, Pekinin də xarici siyasət strategiyası bu prinsiplərə əsaslanır.

O, həmçinin nüvə ölkələrindən yalnız Rusiya və Çinin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin əsas prinsiplərini dəstəklədiyini xatırladıb.

Xəbər lenti
0