BAKI, 6 sentyabr — Sputnik. Ermənistanın ədliyyə naziri Rustam Badasyan bəyan edib ki, ölkə həbsxanalarında kütləvi qiyamın qarşısı alınıb. Sputnik Ermənistan xəbər verir ki, bunu Badasyan öz "Facebook" səhifəsində bildirib.
"Sentyabrın 5-i istintaq təcridxanalarında kütləvi şəkildə itaətsizlik cəhdləri qeyd alınıb. Belə cəhdlərin qarşısı əməkdaşların operativ fəaliyyəti nəticəsində alınıb", - deyə Badasyan yazıb.
Nazir qeyd edib ki, hazırda vəziyyət nəzarət altındadır, qiyam yoxdur.
Onun sözlərinə görə, hadisələrin mümkün inkişafı zamanı o səlahiyyətləri və yaranmış vəziyyət çərçivəsində bütün lazımı tədbirləri görəcək.
Xatırladaq ki, daha əvvəl erməni KİV-i həbsxanalarda kriminal avtoritetlərə təzyiqlər barədə məlumat yayıb. Məlumatda qeyd olunur ki, kadr təmizləmələri ilə yanaşı, Ermənistan Ədliyyə Nazirliyi məhbuslara təqdim olunan əşyalara və predmetlərə də ciddi nəzarət etməyə başlayıb. Bundan əlavə, yoxlamalar zamanı məhbuslarda telefonlar, internet avadanlıqlar, həmçinin qadağan olunan maddələr aşkarlanıb.