Rusiya hərbi aviasiyası daha bir itki verdi

© Sputnik / Maksim Blinov / Mediabanka keçid"Mi-8" helikopteri, arxiv şəkli
Mi-8 helikopteri, arxiv şəkli - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
НовостиTelegram
Qəza zamanı helikopterin göyərtəsində sərnişin olmayıb, ekipaj üzvləri isə vaxtında kabinədən çıxa biliblər

BAKI, 5 sentyabr — Sputnik. Rusiyanın Saratov vilayətində "Mi-8" helikopteri qəzaya uğrayıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, hadisə Sokolovıy qəsəbəsi yaxınlığında baş verib.

Müdafiə Nazirliyi bildirib ki, hərbi helikopter uçuş-enmə zolağında sürət yığarkən çevrilib.

Штурмовик Су-25УБ , фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiyanın döyüş təyyarəsi qəzaya uğrayıb

Qeyd edilir ki, qəza zamanı helikopterin göyərtəsində sərnişin olmayıb, ekipaj üzvləri isə vaxtında kabinədən çıxa biliblər.

Qəzanın helikopterin şassi dirəklərindən birinin sınması səbəbindən baş verdiyi bildirilir.

Xatırladaq ki, sentyabrın 3-də Stavropol əyalətində Rusiyanın "Su-25UB" təlim-döyüş təyyarəsi qəzaya uğrayıb. Verilən ilk məlumatlarda təyyarənin pilotlarının katapult vasitəsilə kabinədən çıxa bildikləri qeyd olunsa da, sonradan onların həlak olduğu və meyitlərinin qəza ərazisində tapıldığı bildirilib.

Qeyd edilir ki, "Su-25UB" təyyarəsinin pilotları plana uyğun olaraq təlim-məşq uçuşu həyata keçirirmişlər. Təyyarə uçuş zamanı sursatsız olub və insanların olmadığı əraziyə düşüb.

Xəbər lenti
0