BAKI, 3 sentyabr — Sputnik. Rusiyanın Stavropol əyalətində "Su-25UB" təyyarəsi qəzaya uğrayıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, təyyarənin pilotları katapult vasitəsilə kabinədən çıxa biliblər.
Qeyd edilir ki, təyyarə plana uyğun olaraq təlim-məşq uçuşu həyata keçirirmiş.
Təyyarə uçuş zamanı sursatsız imiş və onun insanların olmadığı əraziyə düşdüyü bildirilir. Heç bir tikiliyə zərər dəyməyib.
Xilasedicilər hazırda pilotları axtarırlar.
"Su-25" zirehli döyüş təyyarəsidir. Təyyarə yerdə olan silahlı qüvvələrə döyüş zamanı birbaşa dəstək göstərmək üçün nəzərdə tutulub.
"Su-25UB" isə bu təyyarənin ikiyerli təlim-döyüş versiyasıdır. O, pilotların hazırlanmasında və döyüşlərdə istifadə oluna bilər.