Rusiya sahibkarlarının Azərbaycana işgüzar missiyası başa çatıb. Rusiya Federasiyasının Kirov, Kostroma, Saratov, Ryazan, Vladimir, Moskva, Bryansk bölgələrindən 30-dan çox şirkət səfər zamanı öz potensiallarını təqdim edib.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, iki ölkə arasındakı iqtisadi münasibətlər müsbət dinamikaya malikdir: “Azərbaycan-Rusiya iqtisadi əlaqələri strateji xarakter daşıyır. Bu iqtisadi əlaqələrin potensialı hazırki vəziyyətindən dəfələrcə yüksəkdir. Bunun üçün hökumətlərin iqtisadi bloklarının fəaliyyəti gücləndirilməlidir. Düşünürəm ki, yaxın 5 il müddətinə ticarət dövriyyəsini 10 milyard dollara çatdırmaq mümkündür. Bunun üçün iqtisadi siyasətin koordinasiya edilmiş şəkildə həyata keçirilməsi zəruridir”.
Xatırladaq ki, 2018-ci ildə Rusiya ilə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 20% artaraq 2,55 milyard dollardan çox olub.
Professorun geniş şərhinə audiofayılda qulaq asa bilərsiniz.