Türkiyə Rusiya qırıcılarına göz dikdi – Danışıqlar başlayıb

© AP Photo / Pavel GolovkinСу-57 летит над Кремлем во время репетиции военного парада в День Победы в Москве, Россия
Су-57 летит над Кремлем во время репетиции военного парада в День Победы в Москве, Россия - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə prezidenti Rusiya istehsalı olan "Su-35" və "Su-57" qırıcıları ilə maraqlanıb və prezidentlər bu mövzuya danışıqlar zamanı da toxunublar

BAKI, 4 sentyabr — Sputnik. Türkiyə qırıcı təyyarələrin alınması ilə bağlı Rusiya Federasiyası ilə danışıqlara başlayıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Dövlət Başçısı Vladimir Putin 14-cü MAKS-2019 beynəlxalq hava sərgisində - Sputnik Azərbaycan
Vəziyyət yenə qarışacaq: Ərdoğan "Su-35" və "Su-57" təyyarələrinə göz dikib

"Su-35"lər bizim üçün yalnız müvəqqəti həll yolu ola bilər. Biz hələ ki, Rusiya ilə danışıqların ilkin mərhələsindəyik. Biz bu və digər sahələrdə əməkdaşlığa dair uzunmüddətli danışıqlar aparmalıyıq" - deyə Dəmir bildirib.

Qeyd edək ki, ötən həftə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə birgə “MAKS – 2019” aviasərgisinə qatılıb. Vurğulanır ki, Türkiyə prezidenti Rusiya istehsalı olan "Su-35" və "Su-57" qırıcıları ilə maraqlanıb və prezidentlər bu mövzuya danışıqlar zamanı da toxunublar. Ərdoğan bəyan edib ki, Türkiyə və Rusiya "Su-57"nin tədarükü ilə bağlı danışıqlar aparır.

Xəbər lenti
0