Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Qətər mundialın emblemini təqdim etdi - VİDEO

© AFP 2024 / -2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının emblemi
2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının emblemi - Sputnik Azərbaycan
Abunə olmaq
Bir çox tanınmış futbolçular sosial şəbəkələrdə bu barədə paylaşımlar edərək emblemin şəklini milyonlarla pərəstişkarları ilə bölüşüblər

BAKI, 4 sentyabr — Sputnik. 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının emblemi təqdim olunub.

Sputnik Azərbaycan bildirir ki, rəsmi təqdimat Qətərin paytaxtı Dohada keçirilib. Emblem ölkənin müxtəlif məşhur binaları - Bürc-Doha, Qətərin Mədəni Kənd Amfiteatrı, Daxili İşlər Nazirliyinin binası, Suk-Vakif, Msheireb binaları və UNESCO Mədəni İrs Siyahısına daxil olan Zabarah qalasına sinxron olaraq proyeksiyalanıb. 

Emblem Qətərdə olduğu kimi, digər ölkələrdə də oxşar üsulla təqdim olunub. Bir çox tanınmış futbolçular sosial şəbəkələrdə bu barədə paylaşımlar edərək emblemin şəklini milyonlarla pərəstişkarları ilə bölüşüblər.

Emblemin dizaynı özündə bütün dünyanın diqqətini cəlb edən hadisəni əks etdirir, eyni zamanda yerli və regional ərəb mədəniyyətinin parlaq elementlərini birləşdirərək gözəl oyuna işarət edir.

Emblemin üzərindəki qabarıq qövslər dyunalara, özlüyündə forması isə həm sonsuzluğa, həm də 8 rəqəminə işarədir: ölkədə 8 heyrətamiz futbol meydançası inşa olunub. FİFA-nın Dünya çempionatının kubokunun cizgilərini xatırladan emblemin mərkəzi hissəsində ənənəvi yun ərəb yaylığına da işarə var: qış aylarında, demək olar ki, bütün ərəb ölkələrində, Fars körfəzində müxtəlif insanlar bu yaylıqdan müxtəlif stillərdə (şərf, çalma) istifadə edirlər. 

Xəbər lenti
0