BAKI, 3 sentyabr — Sputnik. Bişkekin Bir May rayon məhkəməsi sabiq prezident Almazbek Atambayev tərəfindən tikdirilən məscidə həbs qoyub.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "RİA Novosti" Qırğızıstan Respublikasının Baş Prokurorluğunun mətbuat xidmətinə istinadən xəbər verir.
Məlumata əsasən, hərbi prokurorluq tərəfindən aparılan cinayət işi çərçivəsində məlum olub ki, "7 aprel qəhrəmanlarına" məscidi Atambayev tərəfindən tikdirilib. Məscidin yerləşdiyi ərazi isə faktiki olaraq Atambayevə məxsus olan "Forum" elmi-istehsal şirkətinin mülkiyyətindədir.
Məhkəmə tərəfindən məscidə həbs qoyulub. Baş Prokurorluqdan bildirilib ki, hazırda sabiq ölkə başçısının məscidi tikdirdiyi vəsaitin mənbələri araşdırılır.