Çeçenistanda Avropanın ən böyük məscidi açıldı

© Instagram / abdullah_bersaevМечеть в честь Пророка Мухаммада в Шали
Мечеть в честь Пророка Мухаммада в Шали - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya Prezidenti Vladimir Putin Çeçenistan sakinlərini Avropanın ən böyük məscidinin açılması münasibətilə təbrik edib.

BAKI, 23 avqust — Sputnik. Cümə günü Çeçenistanın Şali şəhərində Avropanın ən böyük məscidinin açılışı baş tutub.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, açılış mərasimi zamanı Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov məscidin İslam peyğəmbəri Məhəmmədin şərəfinə adlandırılacağını deyib.

Təmim əd-Darinin məzarı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Köhnə məscid və məzar – Peyğəmbərin silahdaşı, yoxsa mif

Bir müddət öncə xəbər verilib ki, Şali şəhərinin sakinlərinin qərarına əsasən, məscid Kadırovun şərəfinə adlandırılacaq.

Avropanın ən böyük məscidinin daxilində 30 mindən çox, ətrafında yerləşən ərazidə isə 70 minədək insan ibadətini yerinə yetirə biləcək. Məscid ağ mərmərdən tikilib və binanın tərtibatında qızıldan və əllə çəkilmiş naxışlardan istifadə olunub.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Çeçenistan sakinlərini Avropanın ən böyük məscidinin açılması münasibətilə təbrik edib.

Xəbər lenti
0