CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tunellə bağlı ittihamlara cavab: "İşlər bitməyib"

© Sputnik / Murad OrujovЗдание ЗАО "Азербайджанские железные дороги" в Баку
Здание ЗАО Азербайджанские железные дороги в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Lakin yerli sakinlərin xahişi nəzərə alınaraq, nəqliyyat sıxlığınin aradan qaldırılması, eləcə də yanğınsöndürmə və təcili yardım maşınlarının vaxtında mənzil başına çatması məqsədilə tunel maşınların hərəkəti üçün açılıb

BAKI, 3 sentyabr — Sputnik. Sabunçu stansiyasının 14-cü kilometrinin 3-cü piketində yeni inşa olunmuş yeraltı tuneldə dünən gecə və bu gün səhər saatlarında yağan yağış nəticəsində subasma hadisəsi baş verib.

Sabunçu rayonunda yeni inşa edilmiş tuneli su basıb - Sputnik Azərbaycan
CƏMİYYƏT
Belə mənzərələrə sakinlər artıq öyrəşiblər - VİDEO

Bu barədə Sputnik Azərbaycan-a məlumat verən "Azərbaycan Dəmir Yolları" QSC Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova bildirib ki, yeraltı tunelin tikintisi zamanı Sabunçu rayon ərazisinin illik yağıntı normalarına uyğun olaraq nasosxana quraşdırılıb.

"Lakin ərazidə işlər yekunlaşmadığından və yağış suyunun çox olması səbəbindən nasosxana suyun uzaqlaşdırılmasını çatdıra bilməyib. Buna baxmayaraq, dəmir yolu tərəfindən tədbirlər görülüb, suyu tuneldən uzaqlaşdırmaq üçün əlavə güclü nasos quraşdırılıb və görülmüş tədbirlər nəticəsində yeraltı tuneldən avtomobillərin hərəkəti bərpa olunub", - deyə o qeyd edib.

Onun sözlərinə görə, yeraltı tuneldə infrastrukturun qurulması tam başa çatmayıb və "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən podratçı təşkilatdan təhvil alınmayıb. Lakin yerli sakinlərin xahişi nəzərə alınaraq, nəqliyyat sıxlığının aradan qaldırılması, eləcə də yanğınsöndürmə və təcili yardım maşınlarının vaxtında mənzil başına çatması məqsədilə tunel maşınların hərəkəti üçün açılıb.

Xəbər lenti
0