CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Belə mənzərələrə sakinlər artıq öyrəşiblər - VİDEO

© Facebook / Oral AliyevSabunçu rayonunda yeni inşa edilmiş tuneli su basıb
Sabunçu rayonunda yeni inşa edilmiş tuneli su basıb - Sputnik Azərbaycan
Abunə olmaq
Tuneldə suya bataraq qalmış iki maşının vətəndaşların yardımı ilə oradan çıxarıldığı bildirilib

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 3 sentyabr — Sputnik. Sosial şəbəkələrdə paytaxta yağan qısamüddətli yağışın fəsadlarını əks etdirən görüntülər yer alıb. Sputnik Azərbaycan-a sosial şəbəkə istifadəçilərinin göndərdiyi fotolara əsasən, paytaxtın Sabunçu rayonunda yeni inşa edilmiş tuneli su basıb. Məlumata görə, Sabunçu rayonu Dilqəm Kişvəri küçəsində təzə tikilmiş dəmiryolu dayanacağının yaxınlığındakı körpüyə su yığılıb. Ərazidən keçən nəqliyyat vasitələri tuneldən keçə bilməyiblər. Alternativ yol olmadığı üçün sürücülər uzaq məsafə qət edərək yollarına davam etmək məcburiyyətində qaldıqlarını bildiriblər.

Tuneldə suya bataraq qalmış iki maşının vətəndaşların yardımı ilə oradan çıxarıldığı bildirilib. 

Xəbər lenti
0