Vaşinqton üçün məyusedici xəbər: Avstraliya "qəti" cavabını verdi

© REUTERS / Carlos BarriaБелый дом, фото из архива
Белый дом, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Əlbəttə, beş-on il sonra yeni baş nazirin və ya yeni hökumətin nə edəcəyini əvvəlcədən deyə bilmərəm, lakin baş nazirimiz bildirib ki, biz bunu etməyəcəyik"

BAKI, 3 sentyabr — Sputnik. ABŞ müraciət etsə, Avstraliya öz ərazisində ortamənzilli raketləri yerləşdirməyəcək. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Kanberranın Moskvadakı səfiri Qreym Mihan deyib.

ABŞ-ın Müdafiə naziri (Pentaqon rəhbəri) Mark Esper - Sputnik Azərbaycan
Pentaqon rəhbəri Ərdoğana meydan oxudu - Əməliyyata imkan verməyəcəyik

Xatırladaq ki, Pentaqon rəhbəri Mark Esper ortamənzilli və yaxınmənzilli raketlərin ləğvinə dair sazişin qüvvədən düşməsindən sonra Asiyada ortamənzilli raketlərin tezliklə yerləşdirilməsini dəstəklədiyini vurğulayıb. Bu bəyanatdan sonra Avstraliyanın Müdafiə naziri Linda Reynolds Vaşinqtonun Avstraliya ərazisində ortamənzilli raketlər yerləşdirmək üçün Kanberraya müraciət etmədiyini bildirib.

"Müdafiə nazirimiz və Baş nazirimiz (Skot Morison – red.) bildiriblər ki, biz (raketləri – red.) yerləşdirməyəcəyik. Əlbəttə, beş-on il sonra yeni baş nazirin və ya yeni hökumətin nə edəcəyini əvvəlcədən deyə bilmərəm, lakin baş nazirimiz bildirib ki, biz bunu etməyəcəyik və bu da kifayət qədər aydın və qəti cavabdır", - Avstraliya səfiri Qreym Mihan RİA Novosti-yə deyib.

Ortamənzilli və yaxınmənzilli raketlərin ləğvinə dair saziş SSRİ və ABŞ tərəfindən 1987-ci ildə imzalanıb. Sənədə əsasən, hər iki tərəf quruda yerləşdirilmiş bütün ortamənzilli və yaxınmənzilli ballistik və qanadlı raket komplekslərini məhv etməli idi.

Saziş bu il avqustun 2-də qüvvədən düşüb. İlin əvvəlində Vaşinqton sazişdən çıxdığını elan edib. Buna səbəb kimi Moskvanın saziş çərçivəsində öhdəliklərini "yerinə yetirməməsi" göstərilib, lakin Amerika tərəfi bu iddia ilə bağlı heç bir dəlil gətirməyib. ABŞ-ın hərəkətlərinə cavab olaraq iyulda Rusiya da sözügedən sazişdə iştirakını dayandırdığını bəyan edib.

Xəbər lenti
0