Pentaqon rəhbəri Ərdoğana meydan oxudu - Əməliyyata imkan verməyəcəyik

© REUTERS / YURI GRIPASABŞ-ın Müdafiə naziri (Pentaqon rəhbəri) Mark Esper
ABŞ-ın Müdafiə naziri (Pentaqon rəhbəri) Mark Esper - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ Türkiyə ilə Suriyada təhlükəsizlik zonasının yaradılmasına dair intensiv müzakirələri davam etdirir

BAKI, 6 avqust — Sputnik. "Türkiyənin Suriyanın şimalında əməliyyat keçirməsi qəbuledilməzdir". Sputnik Azərbaycan NTV-yə istinadən verdiyi məlumata görə, bu bunu Yaponiyanın paytaxtı Tokyoda səfərdə olan ABŞ-ın Müdafiə naziri (Pentaqon rəhbəri) Mark Esper jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Tofiq Abbasov - Sputnik Azərbaycan
Politoloq Suriya ətrafında baş verən pərdəarxası proseslərdən danışır

"Birləşmiş Ştatlar Suriyanın şimalında qarşılıqlı maraqları təkrarən alt-üst edəcək birtərəfli hücumların qarşısını alacaq. Ankara ilə razılaşma əldə edəcəyimizə ümidliyəm", - deyə Esper bildirib.

Xatırladaq ki, ABŞ Dövlət Departamentin mətbuat xidmətinin rəhbəri Morqan Ortequs daha əvvəl bəyan edib ki, rəsmi Vaşinqton Türkiyə ordusunun Suriya ərazisində, Fərat çayından şərqdə əməliyyat keçirmək niyyətindən narahatdır və hesab edir ki, bu cür addımlar yolverilməzdir.

"Suriyanın şimal-şərqində bu cür birtərəfli hərbi addımlar ciddi narahatlıq doğurur. Xüsusi ilə həmin ərazinin yaxınlığında amerikalı hərbçilər ola bilər. Orada bizim hərbçilər və yerli, Suriyadan olan tərəfdaşlarımız İŞİD-ın qalıqlarına qarşı əməliyyat keçirirlər. Biz bu növ istənilən addımı yolverilməz hesab edirik və bununla əlaqədar biz Türkiyəni birgə yanaşma üzrə işləməyə çağırırıq", - deyə Ortequs qeyd edib.

İsrail HHQ-yə məxsus F35 qırıcıları, arxiv şəkli - Sputnik Azərbaycan
Moskvadan Suriya ilə bağlı Təl-Əvivə xəbərdarlıq: "Vaxtında deyin"

O vurğulayıb ki, ABŞ Türkiyə ilə Suriyada təhlükəsizlik zonasının yaradılmasına dair intensiv müzakirələri davam etdirir.

Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Türkiyə ordusu Suriyada, Fərat çayından şərqdə əməliyyat keçirəcək.

Xəbər lenti
0