Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Səbayel Quzutürk: “Kişilər mənim yanımda emosiyalarını idarə etməyə çalışırlar”

© © AFFA-nın mətbuat xidmətiSəbayel Quzutürk
Səbayel Quzutürk - Sputnik Azərbaycan
Abunə olmaq
FİFA-nın azərbaycanlı qadın hakimi: "Əgər 10 il əvvəl qadın hakim kişi futbolu üçün sürpriz idisə, indi bu, adi bir şeydir. Ancaq qeyd edim ki, oyunçular hər zaman bizə, qadın hakimlərə hörmətlə yanaşırlar"

Teymur Tuşiyev, Sputnik Azərbaycan

BAKI, 2 sentyabr — Sputnik. Bu yaxınlarda UEFA Superkuboku uğrunda İngiltərənin "Liverpul" və "Çelsi" klubları arasında keçirilən matçı çoxları Avropa futbolunda gender balansı məsələsində dönüş adlandırır. İlk dəfə belə yüksək səviyyəli bir matçı 35 yaşlı fransız qadın Stefani Frapporun rəhbərlik etdiyi qadınlardan ibarət hakim heyəti idarə edirdi.

Azərbaycan futbolunda qadın hakimlərə tez-tez rast gəlinməz. Bununla belə, Azərbaycanda da kişilərdən ibarət futbol komandalarının oyunlarına hakimlik edən qadın hakimlər var. Onlardan biri də futbol üzrə kişilərdən ibarət Azərbaycan çempionatına cəlb edilmiş FİFA-nın hakimi Səbayel Quzutürkdür (Qurbanova). Sputnik Azərbaycan-a müsahibəsində o, futbol hakimliyinə necə gəldiyindən və futbolçuların onun oyunu idarə etdiyi vaxt özlərini necə aparmasından danışıb.

- Necə oldu ki, siz Azərbaycanda futbol hakimliyinə gəldiniz?

© © AFFA-nın mətbuat xidmətiSəbayel Quzutürk
Səbayel Quzutürk: “Kişilər mənim yanımda emosiyalarını idarə etməyə çalışırlar” - Sputnik Azərbaycan
Səbayel Quzutürk

-İlk növbədə qeyd etmək istəyirəm ki, mən futbolu çox sevirəm, vaxtilə "Veqa", "Sumqayıt", "Neftçi" və "Gömrükçü" futbol komandalarında qapıçı mövqeyində oynamışam. Bir dəfə zədə aldım və bundan sonra peşəkar futbolla vidalaşaraq hakimlik karyerama başladım.

- Sizin futbol hakimi olmaq istəyinizi doğma və yaxınlarınız necə qəbul etdilər?

- Doğma və yaxınlarım həmişə idmanda karyera qurmaq arzularımı dəstəkləyiblər və bu məsələdə də onlar mənim seçimimə dəstək veriblər.

- Təhsil aldığınız vaxtlarda hansısa çətinliklərlə üzləşmisinizmi? Kişi hakimlərlə birlikdə təlim keçdiyiniz vaxtlar olub?

- Çətinlik həmişə və hər yerdə olur, xüsusilə də yeni başlayanda. Ancaq futbol keçmişim bir oyunçudan futbol hakiminə çevrilməyimi çox asanlaşdırdı. Bütün qaydaları bilirdim və yeni bir fəaliyyət növünü heç bir problem olmadan mənimsəməyimə imkan verən yetərincə biliyə malik idim.

- İlk dəfə hakimlik etdiyiniz matçda keçirdiyiniz hissləri xatırlayırsınız?

- Etiraf edim, hakim kimi çıxış etdiyim ilk oyunu heç vaxt unutmayacağam. Çox qorxurdum. Yadımdadır, yan hakim kimi sahəyə çıxmağa hazırlaşdığım anda, təsadüfən iki qadın komandası arasındakı matçın baş hakimi təyin olundum. Bu oyundan sonra daim matçlarda baş hakim kimi çıxış edirəm.

- Kişilər arasında futbol üzrə Azərbaycan Premyer Liqasının oyunlarına da hakimlik etmisiniz. İlk olaraq kişilərin komanda oyununa hakimlik etdiyiniz zaman psixoloji çətinlikləriniz var idi?

© © AFFA-nın mətbuat xidmətiSəbayel Quzutürk
Səbayel Quzutürk: “Kişilər mənim yanımda emosiyalarını idarə etməyə çalışırlar” - Sputnik Azərbaycan
Səbayel Quzutürk

- Əlbəttə var idi. Matçda məsuliyyət səbəbindən həyəcan həmişə olur və Premyer Liqada bu, daha çox olur. Kişilərin matçlarında hakim olmaq həmişə qadın komandaları arasındakı oyunlara hakimlik etməkdən daha çətindir. Əvvəla, çox yaxşı fiziki hazırlığın olmalıdır. Hakim psixoloji və fiziki cəhətdən yüksək səviyyədə hazırlıqlı olmalıdır. Ümumiyyətlə, kişilər həmişə fiziki cəhətdən daha möhkəm, daha güclü olurlar və sürət keyfiyyətləri daha yaxşı inkişaf edir. Buna görə də, kişilərin futbolunu qiymətləndirmək daha çətindir.

- Futbolçular oyunun hakimi olaraq sizi görəndə necə reaksiya verdilər?

- Əgər 10 il əvvəl qadın hakim kişi futbolu üçün sürpriz idisə, indi bu, adi bir şeydir. Ancaq qeyd edim ki, oyunçular hər zaman bizə, qadın hakimlərə hörmətlə yanaşırlar.

- Meydanda olan futbolçuların tez-tez aqressiv duyğular nümayiş etdirmələri sirr deyil. Onlar sizin hüzurunuzda özlərini saxlaya bilirlər?

- Bəli, qadın hakimin yanında kişilər emosiyalarını idarə etməyə çalışırlar.

- Hakimi olduğunuz ən çətin matçı necə xatırlayırsınız?

- Mənim üçün ən çətin matç 2014-cü ildəki Futbol üzrə Azərbaycan Kubokunun oyunlarından biri olub. Oyun zamanı çoxlu qayda pozuntusu qeydə alındı - inanılmaz ajiotaj, çox sayda sarı vərəqə, dörd oyunçu meydandan kənarlaşdırıldı. Bu təkcə qadın üçün deyil, hər bir kişi hakim üçün də çox çətin bir matç idi.

© © AFFA-nın mətbuat xidmətiSəbayel Quzutürk
Səbayel Quzutürk: “Kişilər mənim yanımda emosiyalarını idarə etməyə çalışırlar” - Sputnik Azərbaycan
Səbayel Quzutürk

- Hakimlikdəki hədəfləriniz nələrdir?

- Karyera quran hər bir insan karyera nərdivanında yüksəlmək istəyir. Odur ki, adam hakimlikdə də bir yerdə dayanmaq istəmir. Futbol üzrə Çempionlar Liqası kimi turnirlərdə məsuliyyətli oyunlara hakimlik etmək hər bir hakimin arzusudur. Mən də bu məsələdə istisna deyiləm.

- Bu yaxınlarda UEFA Superkuboku uğrunda "Liverpul" və "Çelsi" arasında keçirilən və qadın hakimlər heyəti tərəfindən idarə olunan matçı necə qiymətləndirirsiniz?

- Mübahisəli məqamların olmadığı qarşılaşmalar yoxdur. Qadın briqadası oyunu peşəkarlıqla idarə etdi, hakimlər yaxşı fiziki hazırlıq nümayiş etdirdilər. Bunun gender bərabərliyi məsələsində tarixi bir inqilab olduğunu deyə bilərik. Qadın hakimlər hələ bu səviyyədəki matçı qiymətləndirməmişdilər.

Xəbər lenti
0