CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əmanətin kvadratı - "Banklar əllərində olan pulla nə edəcəyini bilmir"

CC0 / rawpixel.com / counterİqtisadçılar, arxiv şəkli
İqtisadçılar, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Hərracda tələb yüksək olub, bu, o deməkdir ki, bankların buna ehtiyacı var. Mərkəzi Banka əmanət yerləşdirmək ən təhlükəsizdir"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 2 sentyabr — Sputnik. Mərkəzi Bank (MB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı avqustun 26-da keçirilib. 

Азербайджанские манаты разного номинала - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Dövlət qurumları milyardları nə edib? Hər qəpiyin hesabı aparılacaq
Sputnik Azərbaycan xəbər verir ki, hərracda tələb 721.3 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26% təşkil edib. Mərkəzi Bank 100 milyon manat cəlb edəcəyini öncədən açıqlayıb.

Qeyd edək ki, avqustun 19-da MB tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 732 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26% təşkil edib. Mərkəzi Bank 150 milyon manat cəlb edəcəyini öncədən açıqlayıb.

Depozit hərraclarında tələbin artması ilə bağlı bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik Azərbaycan-a açıqlamasında ehtimal edib ki, banklar kredit verə bilmədikləri üçün pullarını Mərkəzi Banka yerləşdirir:

"Ya kredit götürən yoxdur, ya da kredit götürmək istəyənlərin ödəniş qabiliyyəti çox zəifdir, şübhəlidir. Banklar da əllərində olan pulu bilmir neyləsin. Axı pul gəlir gətirməlidir. Bütövlükdə bu, iqtisadiyyat üçün mənfi göstəricidir. Yəni bu o deməkdir ki, pul kütləsi real iqtisadiyyata çatmır, xeyli hissəsi elə bank sisteminin özündə fırlanır".

O bildirib ki, vətəndaşlar banklara əmanət qoyduğu kimi, banklar da Mərkəzi Banka əmanət qoyur: "Sadəcə, MB kommersiya banklarından fərqli olaraq əmanətləri həmişə qəbul etmir. Dünyada bir qayda olaraq Mərkəzi Banklar inflyasiya ilə mübarizə aparanda depozit hərracı keçirirlər, yəni dövriyyədə olan pul kütləsini azaltmaq istəyirlər. Bu, mərkəzi bankların pul siyasəti alətlərindən biridir. Mərkəzi banklar dövriyyədə pul kütləsini artırmaq istəyəndə isə banklara kreditlər verir. Azərbaycan Mərkəzi Bankı isə bir tərəfdən banklara kredit verir, digər tərəfdən isə banklardan əmanət qəbul edir".

Əliniz cibinizdə olsun: Pullarınızı yeni qaydalara uyğunlaşdıra bilərsiniz>>

"Hərracda tələb yüksək olub, bu, o deməkdir ki, bankların buna ehtiyacı var. Mərkəzi Banka əmanət yerləşdirmək ən təhlükəsizdir. Bəzi banklar risklər böyükdür deyə hətta yüksək faizlə uzunmüddətli kredit vermək istəmir", - deyə ekspert bildirib.

Xəbər lenti
0