CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu ərazidə səyyar kupça veriləcək

© Photo : ASAN Xidmətin mətbuat xidmətiSəyyar ASAN xidmət avtobusu
Səyyar ASAN xidmət avtobusu - Sputnik Azərbaycan
Abunə olmaq
Vətəndaşlar əlavə vaxt itirmədən elə ünvanlardaca yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlakların qeydiyyatı ilə bağlı səyyar ofisə müraciət edə bilər

BAKI, 2 sentyabr — Sputnik. Daşınmaz əmlakın səyyar qeydiyyatı xidmətləri bu həftə Abşeron rayonu, Masazır qəsəbəsinin sakinlərinə göstəriləcək. Sputnik Azərbaycan bildirir ki, Əmlak Məsələləri Dövlət Komitəsi "Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol" kampaniyasının keçirilməsi ilə xidmətləri vətəndaşlara daha əlçatan edir. Daşınmaz əmlakın qeydiyyatının birbaşa kənd və qəsəbələrə gətirilməsi vətəndaşların ərazi ofislərinə getmək kimi çətinliyini aradan qaldırır.

Жилые дома в Баку, фото из архива  - Sputnik Azərbaycan
CƏMİYYƏT
Onlarla ailə sevinəcək – Evlərə "kupça" verilməsinə başlanılır

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu həftə səyyar qeydiyyat xidmətlərindən Masazır qəsəbəsinin sakinləri yararlanacaqlar. Belə ki, sosial aksiya 3-6 sentyabr tarixlərində Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi 798 (Əliağa Vahidin heykəli və "Zirvə" İdman klubunun yanında) ünvanında keçiriləcək. Vətəndaşlar əlavə vaxt itirmədən elə ünvanlardaca yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlakların qeydiyyatı ilə bağlı səyyar ofisə müraciət edə bilərlər.

Sosial aksiya çərçivəsində qeydiyyat xidmətlərinin göstərilməsi ilə bərabər, vətəndaşlara hüquqi məsləhətlər verilir və onları maraqlandıran suallar cavablandırılır. Eyni zamanda sakinlərə elektron çıxarışın əldə edilməsi və ondan istifadə qaydaları, tələb olunan sənədlər, xidmət haqqı və dövlət rüsumu barədə məlumat verilir.

Xəbər lenti
0