CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Onlarla ailə sevinəcək – Evlərə "kupça" verilməsinə başlanılır

© Sputnik / Anar MustafayevЖилые дома в Баку, фото из архива
Жилые дома в Баку, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Sabahdan Zahid Xəlilov küçəsi, 586-cı məhəllədə yerləşən ikigirişli, 10 mərtəbəli, 72 mənzilli binada, 23 avqust tarixində isə Əsəd Əhmədov küçəsi, 5-ci döngə ünvanında yerləşən ikigirişli, 19 mərtəbəli, 176 mənzilli binada işlər davam edəcək

BAKI, 21 avqust — Sputnik. İstismarına icazə verilən binalardakı mənzillərin çıxarışla təmin olunmasının davamı olaraq bu gündən səyyar qeydiyyat aksiyası Yeni Yasamal 2, bina 11 ünvanında keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Əmlak Məsələlələri Dövlət Komitəsindən məlumat verilib.

Xəbərdə bildirilir ki, birgirişli, 10 mərtəbəli, 210 mənzilli binanın 131 sakini daşınmaz əmlaklarının dövlət qeydiyyatına alınması məqsədilə ilkin sənədlərini habelə şəxsiyyət vəsiqəsi, maliyyə arayışı, protokoldan çıxarış kimi sənədləri binanın həyətindəki səyyar ofisin əməkdaşlarına təqdim ediblər. Fərmana uyğun olaraq qeydiyyat xidmətlərinin ünvanlara gətirilməsi bina sakinlərinin vaxt itirmədən, elə ünvanlardaca müraciət etməsinə şərait yaradır, məmnunluğu təmin edir.

Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov - Sputnik Azərbaycan
Bakıda yeni tikililərdə mənzil qiymətləri artacaqmı - ekspert danışır
 Bu istiqamətdə xidmətlərin sadələşdirilməsi vətəndaşların geniş formada mülkiyyət hüquqlarından istifadəsinə şərait yaradır, o cümlədən ölkə üzrə rəsmi qeydiyyata alınmış leqal əmlakların sayını artırır. Kampaniya zamanı bina sakinlərinə daşınmaz əmlakın qeydiyyata alınması ilə bağlı prosedurlar, tələb olunan dövlət rüsumu və xidmət haqqı, o cümlədən xidmətin icra müddəti ilə bağlı məlumatlar verilib. Elektron çıxarışın tətbiqi, istifadəsi və üstünlükləri barədə vətəndaşlar maarifləndirilib. Bildirilib ki, artıq mənzili dövlət qeydiyyatına alınmış hər kəs elektron formada çıxarışla təmin edilir. Belə ki, çıxarış vətəndaşın Elektron hökumət portalındakı şəxsi kabinetinə yerləşdirilir, daha sonra isə mülkiyyət sənədi barədə bütün məlumatlar şəxsin telefon nömrəsinə və elektron poçt ünvanına göndərilir. Göndərilən məlumata çıxarışın reyestr, qeydiyyat nömrələri, elektron çıxarışın yoxlanılması ilə bağlı keçid linki daxil edilir.

Qeyd edilməlidir ki, 80 MTK üzrə binaların istismarına icazə verilib və daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınıb. Ümumilikdə 4 mindən çox çıxarış hazırlanıb. Bu həftə Yasamal rayonundakı istismarına icazə verilən binalarda keçirilən kampaniya 22 avqust tarixində Zahid Xəlilov küçəsi, 586-cı məhəllədə yerləşən ikigirişli, 10 mərtəbəli, 72 mənzilli binada, 23 avqust tarixində isə Əsəd Əhmədov küçəsi, 5-ci döngə ünvanında yerləşən ikigirişli, 19 mərtəbəli, 176 mənzilli binada davam edəcək.

Xəbər lenti
0