CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ali məktəblərə boş qalan yerlərə qeydiyyatın son günü məlum oldu

© AFP 2023 / FREDERICK FLORINАбитуриенты в ходе экзамена, фото из архива
Абитуриенты в ходе экзамена, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Abituriyentin təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir

BAKI, 2 sentyabr — Sputnik. Azərbaycan Respublikası ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatı bu gün başa çatır.

İmtahan, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Gürcüstanda ali məktəbə qəbul olan azərbaycanlıların sayı bilindi

Sputnik Azərbaycan Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına istinadla xəbər verir ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlər 2 sentyabr saat 17:00‑dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.

Abituriyentin təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

Xəbər lenti
0