CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gürcüstanda ali məktəbə qəbul olan azərbaycanlıların sayı bilindi

Abunə olmaq
Qeyd edək ki, ali məktəblərə qəbul olan 100 azərbaycanlı tələbə 100 faizlik qrant əldə edərək bakalavr pilləsində tam pulsuz təhsil alacaq

BAKI, 31 avqust — Sputnik. Gürcüstanda bu il ali məktəblərə imtahan verən abituriyentlərin 71 faizi tələbə adını qazanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Gürcüstanın Milli İmtahan Mərkəzi məlumat yayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
ELM
İlham Əliyev ali məktəb barədə sərəncam imzaladı

Məlumatda deyilir ki, 2019-cu ildə 28 min 740 abituriyent tələbə adı qazanıb. Onlardan 6 min 546-sı dövlət tərəfindən müəyyən olunmuş qrant layihəsi hesabına təhsil alacaq. Daha 4 min 777 tələbə dövlət təhsil müəssisələrində təhsil alacaq. Bu tələbələrin əksəriyyəti biznesin idarə olunması, hüquq və tibb sahələrinə üstünlük veriblər.

Gürcüstanda yaşayan etnik azlıqların nümayəndələri üçün nəzərdə tutulan "1+4" proqramı çərçivəsində 1335 abituriyent tələbə adını qazanıb. Onların da 880 nəfəri Gürcüstanda yaşayan azərbaycanlılardır. Qeyd edək ki, ali məktəblərə qəbul olan 100 azərbaycanlı tələbə 100 faizlik qrant əldə edərək bakalavr pilləsində tam pulsuz təhsil alacaq.

Xəbər lenti
0