CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dörd təkər ilə şad xəbər də gəlir - deməli, pullanmışıq...

© AP Photo / Virginia MayoAvtomobillərin idxalı, arxiv şəkli
Avtomobillərin idxalı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Hansısa bölgədə iqtisadi vəziyyət yaxşılaşırsa, yerli infrastrukturda xidmət göstərən nəqliyyat sektoruna bu öz təsirini göstərir və nəticədə nəqliyyata olan ehtiyac da artır"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 1 senytabr — Sputnik. 2019-cu ilin yanvar-iyul aylarında Azərbaycana cəmi 22 min 974 ədəd müxtəlif təyinatlı nəqliyyat vasitəsi idxal olunub.

Sputnik Azərbaycan Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11 min 274 ədəd və ya 1,96 dəfə çoxdur. 2019-cu ilin yanvar-iyul aylarında ölkəmizə 20 min 800 ədəd minik avtomobili, 139 ədəd avtobus, 1943 ədəd yük avtomobili və 92 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi idxal olunub.

Sükan üzərində səs siqnalı düyməsi - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Səni narahat edən nədirsə, o, başqalarını da narahat edir"

Avtomobil idxalının artımı ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov Sputnik Azərbaycan-a deyib ki, idxalda artımın müxtəlif səbəbləri ola bilər: "Amma ən böyük səbəb ölkəmizdə maliyyə bazarında sabitliyin təmin olunmasıdır. 2015-ci ildə baş verən devalvasiyaya qədər ölkəyə il ərzində təxminən 100 minədək avtomobil idxal olunurdu. Azərbaycanda baş verən devalvasiyalardan sonra banklar avtomobil kreditlərinin verilməsini dayandırdı. Bundan başqa, götürülən avtomobil kreditləri ilə bağlı borclar yarandı və bu da bankları çətin vəziyyətə salırdı. Nəticədə avtomobil satışı müxtəlif distribütorlar, avtosalonlar vasitəsilə həyata keçirilməyə başladı. İstehlakçılar ilə banklar arasında birbaşa əlaqə müəyyən müddətə dayandı".

"Amma maliyyə bazarında sabitlik təmin olunduqdan sonra banklar avtomobil kreditləri verməyə, istehlakçılar yenidən avtomobil kreditləri götürməyə başladılar. İdxalda artımın başlıca səbəbi istehlakçıların maliyyə imkanlarının genişlənməsi, əhalinin maddi rifahının yaxşılaşması ilə bağlıdır", - deyə ekspert bildirib.

Onun sözlərinə görə, avtomobil idxalının artımında digər dolayı amillər də rol oynaya bilər:

"Məsələn, yolların düzəldilməsi, turizmin inkişafı və s. Hansısa bölgədə iqtisadi vəziyyət yaxşılaşırsa, yerli infrastrukturda xidmət göstərən nəqliyyat sektoruna bu öz təsirini göstərir və nəticədə nəqliyyata olan ehtiyac da artır. Bunlar bir-biriləri ilə bağlı olan məsələlərdir, amma ikinci dərəcəli səbəblərdir. Bütün bunlar insanların yenidən avtomobil almağa başlamasına imkan verdi".

O bildirib ki, yerli avtomobil istehsalı kifayət qədər önəmlidir: "Amma burada vacib məsələ rəqabətə dözümlü avtomobilin istehsal edilməsidir. İnsanlar daha çox Yaponiya, Almaniya və Cənubi Koreya istehsalı olan avtomobillərə üstünlük verirlər.

Автозаправочная станция на трассе Баку-Сумгайыт - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Rüsum sıfırlandı - Azərbaycanda benzinin qiyməti dəyişəcək?
 Bu da onu göstərir ki, hələlik bizim avtomobil bazarında sözügedən ölkələrin istehsalı olan avtomobillər hakim mövqeyini qoruyub saxlayır. Bizim yerli avtomobil istehsalı dözümlülük, təhlükəsizlik tələblərinə, uzun müddətli istismar olunma meyarlarına cavab versə, rəqabətə daha dözümlü olacaq. Nəticədə insanlar yerli istehsal olan avtomobillərə üstünlük verə bilərlər".

Qeyd edək ki, 2019-cu ilin yanvar-iyun aylarında Azərbaycanda 1112 minik avtomobili istehsal edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 6 ayda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 129,1 milyon manatlıq məhsul istehsal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 83,6 faiz, maşın və avadanlıqların istehsalı 10 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 1,8 faiz artıb. Hesabat dövründə, həmçinin 747 traktor istehsal olunub.

Xəbər lenti
0